SON XƏBƏRLƏR

Milli-mədəni fəal Cəmişid Zarei, Təbriz zindanında həbs olunub

2021.10.20, 07:36
Milli-mədəni fəal Cəmişid Zarei, Təbriz zindanında həbs olunub

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanın tanınmış milli-mədəni fəalı cənab Cəmişid Zarei Təbriz zindanında həbs olunub. Zarei noyabrın 22-də tutuqlanaraq Təbriz zindanına aparılıb. Milli fəal üçün məhkəmə tərəfindən 6 ay həbs cəzası hökmü çıxarılıb. Cəmişid Zarei Təxminən 1.5 əvvəl bir nəçə milli fəalla birlikdə Təbriz şəhərində tutuqlanır və 3 ay həbsdə qaldıqdan sonra mülki girov qarşılığında azadlığa buraxılır. Təbrizin İnqilab məhkəməsi keçən il noyabr ayında Cəmişid Zarei, Əmir Məhəmməd benayi sabiq, Əhəd Rəzəvi və Babək Hüseyni Müqəddəmi 6 ay həbs cəzası kəsərək onlara hökm çıxarır. Təbriz İnqilab Məhkəməsi tərəfindən çıxarılmış hökm Apelyasiya Məhkəməsi (dadqahe təcdid nəzər) tərəfindən təsdiqlənir. Adını çəkdiyimiz fəalların ittihamı sistemin əleyhinə təbliğdən ibarətdir. Məhkəmə bu ittihamı milli fəallar tərəfindən yayılmış bildirişlər və 2006-ci 22 may hadisələrinin il dönümü mərasiminə çağırışlarla əsaslandırır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar