SON XƏBƏRLƏR

Şirin İbadinin Nobel Sülh Mükafatının müsadirə edildiyi barədə xəbər yayılıb

2021.10.20, 07:36
Şirin İbadinin Nobel Sülh Mükafatının müsadirə edildiyi barədə xəbər yayılıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "voa"-ya itinadən yaydığı məlumata görə, İran Nobel sülh mükafatı laureatı Şirin İbadinin bank hesabını dondurub və onun Sülh Mükafatı medalını müsadirə edib. Norveçin xarici işlər naziri Conas Qar Stor İbadinin medalının müsadirəsi xəbərindən şoka düşdüyünü və mükafatın 108 illik tarixi ərzində medalın yerli rəsmilər tərəfindən ilk dəfə müsadirə olunduğunu deyib.Onun sözlərinə görə, İranın bu əməli Tehranın insan haqları müdafiəçiləri və dissidentlərə təzyiqi artırmasına işarədir. Norveç məsələyə etirazını bildirmək üçün İranın Oslodakı nümayəndəsini Xarici İşlər Nazirliyinə çağırıb. Nazirlik habelə İbadinin həyat yoldaşının müalicəsi ilə bağlı dərin narahatlığını bildirərək, onun Tehranda həbs edildikdən sonra bərk döyüldüyünü açıqlayıb.İran bu ittihamlara rəsmi mövqe bildirməyib. Başqa bir məlumata görə İran tərəfi bu ittihamları rədd edib. ancaq xəbərin təfərrüatı barədə hələlik məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar