SON XƏBƏRLƏR

Təbrizdə musiqiyə görə restoran bağlandı

2023.12.18, 11:16
Təbrizdə musiqiyə görə restoran bağlandı

Təbrizin Xosroşah qəsəbəsində restoran Azərbaycan musiqisi səsləndirildiyinə və məcburi hicab qaydalarının pozulduğuna görə bağlanıb.

Gunaz.tv

Bu barədə Təbrizin polis rəisi Yədulla Cahanara açıqlama verib.

O, restoranda baş verənləri əxlaq və ictimai normaların pozuntusu kimi qələmə verib və bu səbəbdən iş yerinin fəaliyyətinə qadağa qoyulduğunu bildirib.

Qeyd edək ki, cari ildə İranda məcburi hicab qaydalarının pozulmasına və musiqi səsləndirilməsinə görə 3 min iş yerinin fəaliyyətinə qadağa qoyulub.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar