SON XƏBƏRLƏR

Qazaxıstan türk irsini milli əskinaslarında nümayiş etdirir

2026.11.19, 23:32
Qazaxıstan türk irsini milli əskinaslarında nümayiş etdirir

Gunaz.tv

Qazaxıstan «Sak üslubu» adlanan yeni əskinas seriyasını tamamlayaraq türk dünyasının tarixi və mədəni irsini ölkənin milli kimliyinin və rəsmi pul vahidinin əsas simvollarından birinə çevirir. Bu proses 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində 20 min tengəlik əskinasın dövriyyəyə buraxılması ilə yekunlaşacaq.

Qazaxıstanın yeni əskinas seriyasında əvvəlki nümunələrdən fərqli olaraq, rus dilindəki yazılar çıxarılıb, Milli Bankın adı və əskinasların nominal dəyəri yalnız qazax dilində göstərilib. Bu dəyişiklik və sakaların tarixi irsinə əsaslanan dizayn milli dilin və mədəni kimliyin ölkənin rəsmi simvollarında ön plana çəkildiyini göstərir.

«Sak üslubu» qədim sakaların incəsənəti və mədəniyyəti, eləcə də Türk irsindən ilhamlanıb. Qızıl qartal, qar bəbiri, ənənəvi naxışlar, tarixi «Qızıl adam»ın baş geyimindən götürülmüş elementlər və Qazaxıstanın təbiət mənzərələri bu seriyanın əsas təsvirləri arasındadır.

Qazaxıstan Milli Bankının bildirdiyinə görə, yeni əskinasların hazırlanmasında məqsəd pulun təhlükəsizliyini artırmaq və ölkənin mədəni-tarixi irsini əks etdirməkdir. 20 min tengəlik əskinas bu seriyanın sonuncu nümunəsi olacaq və onun 2026-cı ilin sonu – 2027-ci ilin əvvəlində dövriyyəyə buraxılması planlaşdırılır.

Bu addım göstərir ki, tarixi irs və milli dil iqtisadi vasitə olmaqla yanaşı, ölkənin vizual və mədəni kimliyinin də ayrılmaz hissəsinə çevrilə bilər. Qazaxıstan yeni əskinas seriyasında məhz bu kimliyi ön plana çıxarır.


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar