SON XƏBƏRLƏR

Pekin Pakistan və İran arasında vasitəçilik etməyə hazırdır

2024.01.18, 12:10
Pekin Pakistan və İran arasında vasitəçilik etməyə hazırdır

Pekin Pakistan və İran arasında vasitəçilik etməyə hazırdır.

Gunaz.tv

Bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning mətbuat konfransında deyib.

"Çin tərəfi səmimi şəkildə ümid edir ki, hər iki tərəf sakit və təmkinli davranaraq gərginliyin artmasının qarşısını ala bilər.

Hər iki tərəf istəsə, biz vəziyyətin deeskalasiyasında konstruktiv rol oynamağa da hazırıq", - deyə XİN sözçüsü bildirib.

Qeyd edək ki, son günlər İran və Pakistan arasında gərginlik yaranıb. Yanvarın 16-da İran Pakistan ərazisinə hava zərbələri endirib və bildirib ki, hədəf terrorçu qruplaşma olub və nəticədə "Ceyş əl-Zalum' terror qruplaşmasının (Ceyş əl-Ədl) iki mühüm qərargahı məhv edilib.

Yanvarın 18-də isə Pakistan İranın Sistan və Bəlucistan əyalətində yerləşən “terrorçu sığınacaqları”na zərbələr endirdiyini açıqlayıb. İran XİN bildirib ki, bu aviazərbələr nəticəsində 7 nəfər həlak olub.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar