SON XƏBƏRLƏR

İraq və İordaniya Telegram messencerinə girişi məhdudlaşdırır

2026.11.16, 19:39
İraq və İordaniya Telegram messencerinə girişi məhdudlaşdırır

Gunaz.tv

İraq və İordaniya rəsmiləri noyabrın 16-da təhlükəsizlik səbəblərini əsas gətirərək Telegram messencerinə girişin bloklanacağını açıqlayıblar.

İraqın Media və Kommunikasiya Komissiyası Telegram-ın ölkə qanunlarını pozan məzmunların yayılmasının qarşısını almaq üçün kifayət qədər tədbir görmədiyini bildirib. Qurum şirkətə iraqlı istifadəçilərin paylaşdığı məzmunu nəzərdən keçirmək və qanun pozuntularının qarşısını almaq üçün lazımi tədbirlər görmək məqsədilə 30 gün vaxt verib.

İordaniyanın İctimai Təhlükəsizlik İdarəsi isə bu addımın məqsədinin ekstremizmin yayılması və insanların radikallaşdırılması cəhdlərinin qarşısını almaq olduğunu açıqlayıb.

İordaniyada bu qərar ölkənin cənubunda kilsəyə qarşı törədilən ölümcül hücumdan üç həftə, paytaxtda bir təhlükəsizlik əməkdaşının soyuq silahla öldürülməsindən isə iki həftədən az müddət sonra verilib.

Telegram 2023-cü ildə də İraqda bloklanmış, lakin bir həftə sonra messencerə giriş bərpa edilmişdi.

Telegram şirkəti İraq və İordaniya rəsmilərinin qərarları ilə bağlı Reuters agentliyinin şərh sorğusuna hələlik cavab verməyib.

 

GunAz TV
R.G
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar