SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda iş qəzalarında ölənlərin statistikası açıqlanıb

2024.03.15, 11:14
Şərqi Azərbaycanda iş qəzalarında ölənlərin statistikası açıqlanıb

Son 11 ay ərzində Şərqi Azərbaycan əyalətində iş qəzalarında ölənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23 faiz artıb.

Gunaz.tv

Bu barədə əyalətin Tibbi Ekspertiza Mərkəzinin başçısı Mehrdad Sitarə açıqlama verib.

Onun sözlərinə görə, bu müddət ərzində iş qəzaları nəticəsində 1390 nəfər yaralanıb, onlardan 90 nəfəri həyatını itirib.

Müstəqil həmkarlar ittifaqları və sinfi fəallar Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəqəmlərin həqiqəti əks etdirmədiyini deyirlər.

Onların fikrincə, ölüm və yaralanma halları rəsmi statistikada göstəriləndən bir neçə dəfə çoxdur.

Fəallar iş yerlərinin çoxunda, özəlliklə tikinti sahəsində təhlükəsizlik qaydalarının tətbiq edilməməsi və işçilərin qoruyucu geyim, avadanlıqlarla təmin olunmamalarını ölüm hallarının çoxalmasında əsas səbəblərdən biri kimi göstərirlər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar