SON XƏBƏRLƏR

Reydə onlarla iş yeri bağlandı

2024.03.23, 10:10
Reydə onlarla iş yeri bağlandı

İranın Rey şəhərində 24 iş yerinin, o cümlədən restoran, kafe və mağazanın fəaliyyətinə qadağa qoyulub.

Gunaz.tv

Bu barədə "Etimad onlayn" saytı məlumat yayıb.

Sayt iş yerlərinin "ramazan ayına hörmətsizlik etdikləri"nə görə bağlandıqlarını yazıb.

Bundan əvvəl İran daxili işlər naziri Əhməd Vəhidi orucluq ayı qaydaları ilə bağlı iş yerləri və vətəndaşlara xəbərdarlıq etmişdi.

Qeyd edək ki, son bir il ərzində İranda məcburi hicab qaydalarının pozulmasına və musiqi səsləndirilməsinə görə minlərlə iş yerinin fəaliyyətinə qadağa qoyulub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar