SON XƏBƏRLƏR

Tehranın Şərif Sənaye Universitetində yeni AKSİYA keçirilib

2021.10.20, 07:36
Tehranın Şərif Sənaye Universitetində yeni AKSİYA keçirilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, dünən Tehranda daha bir universitetdə etiraz aksiyası baş tutub. Bu dəfədə tələbələr Tehranın Şərif Sənaye Universitetində ayağa qalxıblar. Onlar İranın elm naziri Kamran Daneşcunun Tehranda yerləşən Şərif Universitetinə gəlməsinə etiraz əlaməti olaraq şüarlar səsləndirməyə başlayıblar və bu şəkildə az müddətdə aksiyaya çevrilib. Aksiya iştirakçıları prezident seçkilərindən sonra keçirilən mitinqlərdə həbs olunan müxalifətçilərə işgəncə verilməsində bu şəxsin önəmli rol oynadığını iddia edirlər. Qeyd edək ki, hazırkı elm naziri Kamran Daneşcu prezident seçkiləri zamanı Daxili İşlər Nazirliyində yüksək vəzifələrdən birində çalışıb. aksiyaçılar universitetin yerləşdiyi ərazidən kənara çıxmağa cəhd etsələrdə Hökumət qüvvələri buna imkan verməyib. Aksiyada 12 iyun prezident seçkilərindən sonra səslənən əsas şüarlar təkrarlanıblar. Aksiyaçıların ən əsas şüarları bunlardan ibarət olub: “Diktatora ölüm”, “Diktator, çıx get, cəhənnəm ol, cəhənnəm ol”, “Çevriliş hökuməti, istefa, istefa”, ”Rədd olsun bu populist hökumət”, “Büt sındıran Kərrubi, böyük bütü də sındır”, “Saxtakarlıq 1 faiz, 2 faiz, 3 faiz, daha yox 63 faiz”, ”İşgəncələr, zorlamalar rejimi xilas etməyəcək”, “Kərrubi həbs olunsa, İranda üsyan olar”, “Həqiqi müctəhiddir, Müntəziri, Sanei” və s.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar