SON XƏBƏRLƏR

İran nüvə zavodunda yoxlamanın zamanını təyin edəcək

2021.10.20, 07:36
İran nüvə zavodunda yoxlamanın zamanını təyin edəcək

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, BMT nüvə agentliyi müfəttişlərinin yenicə açıqlanan nüvə obyektində təftişə nə zaman başalaya biləcəyi barədə yaxın günlərdə bəyan olunacaq. Bu sözləri İranın Atom Enerjisi Agentliyinin rəhbəri Əli Əkbər Salehi İranın dövlət Press TV şirkətinə müsahibəsi zamanı deyib. Amma 239 deputatın imzaladığı bəyanatda xəbərdarlıq edilir ki, əgər Qərb əvvəlki səhhvlərini təkrar eləsə Tehran əməkdaşlığı poza bilər. İranın Atom Enerjisi Agentliyinin rəhbərinə istinadən deyilir ki, İran məsələni BATENA və BMT TŞ üstəgəl Almaniya ilə həll etməyə çalışacaq. Onlar arasında növbəti görüşün bu həftə olacağı gözlənilir. Xatırladaq ki İranın bu günlərdə uzaq mənzilli raketlərin sınağını keçirməsi vəziyyəti daha da qəlizləşdirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar