SON XƏBƏRLƏR

Əli Əkbər Salehi: İran nüvə fəaliyyətini 1 saniyə belə dayandırmayacaq

2021.10.20, 07:36
Əli Əkbər Salehi: İran nüvə fəaliyyətini 1 saniyə belə dayandırmayacaq

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran uran zənginləşdirilməsilə bağlı fəaliyyətini bir saniyə də olsun dayandırmayacaq. Uran zənginləşdirilməsilə bağlı yeni zavod da daxil olmaqla İran cümə axşamı Cenevrədə 6 ölkəylə aparılacaq danışıqlarda nüvə hüquqlarını müzakirə etməyəcək. Bu sözləri İran Atom Enerjisi Agentliyinin rəhbəri Əli Əkbər Salehi bildirib. əlavə olaraq İran parlamenti isə bəyanat yayaraq bildirib ki, əgər Qərb ölkələri keçmiş səhvlərini təkrar etsələr Tehran əməkdaşlıqdan vaz keçə bilər. Xatırladaq ki Tehran rejimi hələdə gizlicə nüvə silahı üzərində işlədiyi ittihamını rədd edərək bu fəaliyəti təmamilə qanuna uyqun hesab edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar