SON XƏBƏRLƏR

Türk milləti Sarkisyanın səfərinə qarşıdır

2021.10.20, 07:36
Türk milləti Sarkisyanın səfərinə qarşıdır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyə cəmiyyəti Ermənistan prezidenti Serj Sarkisyanın futbol matçını izləmək üçün bu ölkəyə səfər etməsinin qəti əleyhinədir. Matçın keçiriləcəyi Bursa şəhərinin sakinləri Sarkisyanın səfərinə etiraz edir. Artıq Bursada Ermənistan rəhbərinin səfərinə qarşı imzatoplama kompaniyasına start verilib. Bursalılar etiraz aksiyasına böyük maraq göstərir. Artıq 3 günə 50 min imza toplanılıb. Kampaniya başa çatdıqdan sonra siyahılar Tükiyə Böyük Millət Məclisinə göndəriləcək. Kampaniyanın təşkilatçılarının fikrincə, Ermənistan prezidenti futbol matçına aldığı dəvəti şantaj predmetinə çevirib və Ankaranı hədələməklə məşğuldur. Bu isə Türkiyə dövlətinin ali maraqlarına cavab vermir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar