SON XƏBƏRLƏR

Tehranda Argentinalı diplomat həbs olunub

2021.10.20, 07:36
Tehranda Argentinalı diplomat həbs olunub

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Argentinanın Tehrandakı səfirliyində çalışan diplomat Tehranda həbsə alınıb. FARS xəbər agentliyi bildirir ki Argentinalı diplomat 250 bağlamada, 3 ton həcmində antik əşya o cümlədən əlyazmalar, qədim tüfənglər və s. yerləşdirərək ölkədən qeyri-qanuni şəkildə çıxarmaq istəyərkən həbs olunub. Xatırladaq ki məsələnin mahiyətinə şübhələnən bir neçə KİV-i var. Ola bilsin ki diplomatın tutuqlanması siyasi mahiyət daşıyır. Ancaq hələlik faktla bağlı geniş məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar