SON XƏBƏRLƏR

İranın raket sınaqlarına Qərbdən baxış

2021.10.20, 07:36
İranın raket sınaqlarına Qərbdən baxış

Gunaz.tv
İranda uzaq məsafəli raketlərin sınaqdan keçirilməsi Qərbdən necə görünür? Məsələyə BBC təhlilçisi Nik Çayldz nəzər salır: Bu məsələdə artıq Qərb ölkələri, Britaniya, Avropa ölkələri və digər məkanlardan narahatlıqlar səslənib. Fikrimcə, narahatlığa səbəb - bu həftə keçiriləcək mühüm danışıqların yaxınlaşdığı bir vaxt bu raket sınaqları arxasında siyasi messajın ola biləcəyi ehtimallarıdır. Bu İranın silahoynatmasıdırmı, yoxsa siyasi messaj göndərməkıə meydanoxumasıdır? Bu sualları aydınlaşdırmaq üçün bu raketlərin nə olduğunu, və sınaqların hansı məqsəd daşıdığını nəzərdən keçirmək lazım gələcək. Amma sırf texniki baxımdan demək olar ki, İranın bu tipli silaha malik olduğu və bundan əvvəllər də sınaqlardak keçirildiyi bəlli idi. Bəs bu raketlərin hərbi parametrləri barədə məlumatlar varmı? Bu raketlər qonşu ölkələr, İsrail və Fars Körfəzindəki Amerika obyektləri üçün nə dərəcədə təhlükə yaradır? Bundan əvvəl deyilmişdi ki, sınaqlardan keçirilmiş raketlərdən biri - Şahab-3 raketinin təsir dairəsi 2 min kolimetrə qədərdir. Bəli, bu məqam İsraili, Körfəzdəki Amerika bazalarını və Amerikaya dost olan İranla qonşu ölkələri bu raketlərin təhlükəsi altında qoyur. Amma bayaq dediyim ki, bu cür raketin İranda olması bundan əvvəl də bəlli idi və bu raketlər artıq sınaqdan keçirilmişdi. İndi ekspertlərin əsas diqqəti bu son sınaqlardan hər hansı yeni məlumatın əldə edilə biləcəyinə və İranın raket arsenalının hazırkı vəziyyəti və miqyası barədə məlumatlara yönələcək. Yəni, bu raket proqramı nə dərəcədə inkişaf edib, İranın nə qədər raketi var və sairə. Və ancaq bundan sonra bu raketlərin hərbi mənada təhlükəsi barədə konkret fikir söyləmək mümkün olacaq. Əlbəttə, burada ən mühüm məsələ - bu raketlərin hansı növ başlıqlar daşıyacağıdır. Ən böyük narahatlıq - bu raketlərin nüvə başlığı ilə təchiz edilib-edilməyəcəyi barədə sualla bağlıdır. Bəs İranın bu raketləri Amerika ilə dostluq və əməkdaşlıq münasibətlərdə olan digər ölkələr, misal üçün Cənubi Qafqaz, ələlxüsus, Azərbaycan üçün hər hansı təhlükə törədirmi? Texniki baxımdan, əgər raketlərin 2 min kilometrlik məsafəyə çata biləcəyini nəzərə alsaq, bəli, belə bir təhlükənin mövcuduluğunu söyləmək olar. Amma siyasi amillər baxımdam yanaşanda gərginlik hər yerdə müşahidə ediləcək, ələlxüsus, İsrail və Körfəzdəki Amerika obyektlərində. Və belə bir böyük təhlükənin hiss edildiyi ölkələrdə həm bu ölkələrin özləri, həm də onların Amerikalı partnyorları bu təhlükələrə qarşıə müdafiə sistemləri qururlar. Misal üçün, Amerikalılar müdafiə vasitəsi kimi Pətriot raket sistemini işə salmağa hər an hazırdırlar. Özü də bu müdafiə sistemləri kifayətə qədər mobildir, səyyardır və qısa bir zaman ərzində yerlərini dəyişə bilərlər. Və səyyar olduğuna görə bu sistemləri xüsusi təhlükə altında olan hər hansı ölkədə quraşdırmaq mümkündür. İranın raket sınaqlarının uğuru və inkişafı təqdirində, İranın belə bir raket cəbbəxanasına malik olması siyasi və hərbi baxımdan bölgədə qüvvələr nisbətinə hansı təsir göstərə bilər? Bu maraqlı sualdır, çünki bu sual başqa bir sual da doğurur - bu raketlər İrana nəyə görə lazımdır? Qərbdə bununla bağlı belə düşünürlər ki, nüvə proqramı da nəzərə alınsa, bu raketləri gələcəkdə nüvə başlıqları ilə təchiz etmək mümkün olacaq. Başqa bir fikirə görə, bu raketlər hərbi baxımdan əhəmiyyətə malik olmasa da, onlardan terror əməllərində, təhdid məqsədlərində istifadə edilə bilər. Yəni, bu raket proqramının bölgədə qüvvələr durumuna mümkün təsirini söyləmək üçün bir neçə amili təhlil etmək lazımdır - bu raketlərin kəmiyyəti, İranın məqsədləri, və bu raketlərdən təhlükə duyan ölkələrin bunun müqabilində edəcəyi müdafiə və önləmə tədbirləri.BBC

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar