SON XƏBƏRLƏR

Robert Geyts İrana qarşı, sanksiyaları ən effektli variant hesab edir

2021.10.20, 07:36
Robert Geyts İrana qarşı, sanksiyaları ən effektli variant hesab edir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, CNN telekanalına müsahibə verən ABŞ müdafiə naziri Robert Geyts bildirib ki, Tehrana qarşı bütün variantlar, o cümlədən hərbi gücdən istifadə prezidentin masası üzərindədir. Ancaq diplomatiya və sanksiyalar ən effektli variant hesab edilir: “Reallıq budur ki, İrana hərbi zərbə vaxt udmaqdan başqa heç nə verməyəcək”. Geyts hesab edir ki, Tehrana təsir etməyin ən yaxşı yolu bu ölkəyə qarşı sərt iqtisadi sanksiyalar tətbiq etməkdir. Onun sözlərinə görə, yeni sanksiyalara İranın gizli nüvə obyekti inşa etməsi kifayət qədər əsas verir. “İran indi başqa ölkələr qarşısında çox pis mövqelərdədir, çünki hamını aldadıb. Bu da yeni beynəlxalq sanksiyalar üçün ciddi əsas verir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar