SON XƏBƏRLƏR

İrana qarşı yeni sanksiyalardan söz gedir

2021.10.20, 07:36
İrana qarşı yeni sanksiyalardan söz gedir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Fransa xarici işlər naziri Bernar Kuşner həftə sonu İranın nüvə proqramı ətrafındakı danışıqların səmərəli olacağına ümid etdiyini bildirib. Yerli radiolardan birinə müsahibə verən xarici işlər nazirinin sözlərinə görə, Amerika Birləşmiş Ştatları, Fransa, Rusiya, Çin, Böyük Britaniya və Almaniyadan ibarət altılıq ölkələri ilə müzakirələr istənilən nəticələri verməsə, sonda İrana qarşı yeni sanksiyalar qəbul edilə bilər. Fransa xarici işlər naziri həmçinin Amerika Birləşmş Ştatlarında danışıqlarda iştirak etməsinin müsəbətə doğru yenilik olduğunu söyləyib. Qeyd edək ki, Qərb dövlətləri İranı nüvə silahı hazırlamağa çalışmaqda günalandırır. Rəsmi Tehran isə nüvə proqramının yalnız dinc məqsədlər və ölkənin elektrik enerjisinə olan tələbatını ödəmək üçün nəzərdə tutulduğunu bəyan edir. Lakin ötən bazar İranın uğurlu raket sınağı həyata keçirməsindən sonra, rəsmi Tehrana qarşı təzyiqlər yenidən güclənib. Bernar Kuşner bildirib ki, hələki real dialoq baş tutmayıb: «Biz hər zaman görüşlər keçirmişik, lakin problemin əsası barədə müzakirələr aparılmayıb. Ümid edirəm ki, bu, oktyabrın birində baş tutacaq görüşün gündəliyində olacaq. Gündəlikdə olmaqla yanaşı, nüvə enerjisi üzrə beyünəlxalq agentliyin də aydınlaşdırma üçün ünvanladığı suallara cavab veriləcək. Hazırda biz sanksiyalar barədə danışmırıq. Çox yaxşı bilirik ki, əgər işlər pis getsə, bizim arzuladığımız kimi dialoq baş tutmasa, elə bir mərhələ yetişəcək ki, bir artıq təklif edilmiş və hətta Çin, Russiya,Britaniya, Amerika və Fransanın da iştirakilə səs verilmiş sanksiyalara yenidən qayıdacayıq». ans

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar