SON XƏBƏRLƏR

Tehran universitetində yeni aksiya

2021.10.20, 07:36
Tehran universitetində yeni aksiya

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, dünən Tehran universitetində 3000 nəfər tələbə tərəfindən etiraz aksiyası keçirilib. aksiyaçılar bu ilin iyununda keçirilmiş prezident seçkisinin rəsmi nəticələrini tanımadıqlarını bildiriblər. Aldığımız məlumata görə, İranda yeni dərs ili ötən həftə başlasa da, Tehran Universiteti sentyabrın 28-də açılıbmış. Yəni universitetdəki etraz aksiyası ilk dərs günü keçirilibmiş. Aksiyaçıların küçəyə çıxmasına dövlət qüvvələri tərəfindən imkan verilmədiyi üçün aksiyaçılar ancaq universitetin yerləşdiyi ərazi daxilində müxtəlif fakültələrin qabağında hərəkət etməklə İran prezidenti Mahmud Əhmədinejad hökuməti əleyhinə şüarlar səsləndiriblər. Aksiyaçılar “Diktatora ölüm”, “Tələbə ölər, zülmə dözməz”, “Biz Nedayıq, Söhrabıq, biz hamımız bir səsik”, “Məhbus tələbələrə azadlıq”, “Büt sındıran Kərrubi, böyük bütü də sındır”, “Kərrubi həbs olunsa, İranda üsyan olar”, “İşgəncə, zorlamalar təsirini itirib”, “Çevriliş hökuməti, istefa, istefa”, “Ya Hüseyn, Mirhüseyn”, “Həqiqi müctəhiddir, Müntəziri, Sanei”, “Mənim səsim hanı?”, “Sepah”la ETTELAAT, rüsvayçılıq banisi” və s. şüarları səsləndirərək seçkinin rəsmi nəticələrinə etiraz etdiyinə görə tutulanların azadlığa buraxılmasını və universitetdə tələbə fəallarına qarşı təzyiqlərə son qoyulmasını istəyiblər. Müxtəlif mənbələrdən aldığımız məlumata görə, Bir neçə aksiyaçı tutularaq bilinməz istiqamətə aparılıb. Hələlik Bu haqda artıq məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar