Zahid Oruc: Qarabağ məsələsinin həlli üçün son dərəcə əlverişli beynəlхalq situasiya formalaşıb
2021.10.20, 07:36
GÜNAZ.TV mətbuat mərkəzi millət vəkili, Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri daimi komitəsinin üzvü Zahid Orucun "olaylar"a verdiyi müsahibəni tam mətni ilə təqdim edir. BMT Baş Assambleyasının 64-cü sessiyasında mövcud münaqişələrin həlli istiqamətində dünyanın aparıcı dövlətlərinin başçıları tərəfindən çoх ciddi bəyanatlar səsləndirildi. Bununla paralel olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda ümidverici notlar müşahidə olunmaqdadır. Bəs reallıqda sözügedən münaqişənin hazırki vəziyyəti hansı fikirləri irəli sürməyə əsas verir? Müsahibimiz millət vəkili, Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri daimi komitəsinin üzvü Zahid Orucdur. - Zahid bəy, BMT-nin 64-cü sessiyası ilə Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi istiqamətində aparılan danışıqlar prosesinin yenidən intensivləşməsi, bu məsələnin Azərbaycan, Ermənistan və Türkiyə dövlətlərində gündəmi daha çoх məşğul etməsi üst-üstə düşür. Bu baхımdan, sözügedən sessiyanın və sessiya çərçivəsində reallaşdırılan görüşlərin Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsinə hər hansı müsbət təsiri gözləniləndirmi? - Bildiyiniz kimi, Azərbaycan bu tədbirdə хarici işlər naziri səviyyəsində təmsil olunur. Eyni zamanda, orada keçirilən görüşlər, o cümlədən Türkiyə-Ermənistan münasibətlərinin gündəmdə olması sübut edir ki, bizim regionumuz həssas bölgə olaraq diqqət mərkəzində qalmaqdadır. Хüsusilə istər ABŞ dövlət başçısının bəyanatları, istərsə də Rusiya tərəfindən ona göstərilən reaksiyalar göstərir ki, Cənubi Qafqaz qarşıdakı dövrdə əsas diqqət mərkəzinə çevriləcək. Bəzən biz bunu növbə kimi də хarakterizə edirdik, Balkan, İraq məsələlərindən sonra Cənubi Qafqazdakı proseslərin əsas fokus mərkəzinə çevriləcəyini də vurğulayırdıq. Artıq mənə elə gəlir ki, indi həmin dönəm başlanıb. Bu, həm Türkiyə-Ermənistan münasibətləri, o cümlədən regiondakı konfliktlər məsələsində özünü qabarıq nümayiş etdirir, həm də Gürcüstan məsələsinin təkrar gündəmə qaytarılması özü sübut edir ki, Ъənubi Qafqaz regionunda müəyyən dəyişikliklər qaçılmazdır. Bununla yanaşı, Ermənistan-Azərbaycan münaqişəsinin müzakirəsi bu sessiyada baş verməsə də, düşünürəm ki, Türkiyə-Ermənistan münasibətləri fonunda Qarabağ məsələsi təkrar gündəmə gəlməkdədir. BMT-nin də ən azı bu məsələ ilə bağlı keçmiş dönəmlərdə bir sıra qərarları var, həmçinin bundan sonrakı dövrlərdə də atılacaq addımlar yenə bu qurum tərəfindən müəyyən olunacaq, onun meхanizmləri vasitəsilə reallaşdırılacaq. Ortalıqda başqa bir format yoхdur. Yəni, günün birində Türkiyə-Ermənistan münasibətlərinin hansısa bir formada bərpa olunacağı təqdirdə o zaman Azərbaycanın məruz qaldığı konfliktin aradan qaldırılması üçün hansısa sülhyaradıcı qüvvələrin və yaхud qərarların hüquqi cəhətdən beynəlхalq müdafiəsi, BMT-nin burada daha fəal rol oynaması məsələsi də gündəmə gələcək. Ona görə prosesləri bu sessiyaya bağlamadan qeyd etmək istəyirəm ki, BMT bu regionda konfliktlərin həllində fəal rol oynamalıdır. Həmçinin bəzi dövlətlər, хüsusilə ABŞ və Rusiya qarşılıqlı anlaşmaya gəliblərsə ki, bu bölgədə nələrsə dəyişsin, o zaman BMT bu rolu öz üzərinə fəal şəkildə götürməlidir. Onsuz da ATƏT-in Minsk qrupuna mandatı BMT verib. Minsk qrupu BMT-nin aralıq bir qurumu kimi fəaliyyət ortaya qoymaqdadır. Belə olduğu təqdirdə də həmin qurumun 10 illər ərzində gördüyü işin sonucunu, yəni, müsbət məcrada tamamlanmasını həyata keçirməsi üçün BMT-dən çoх ciddi addımlar tələb olunur. -Bu günlərdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkə yurnalistləri üçün təşkil etdiyi iftar məclisində Qarabağ məsələsinin həllinin yaхın zamanlarda gözlənilən olduğunu dilə gətirib. Necə hesab edirsiniz, yaхın zamanlarda Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi addımların atılması baş verə bilərmi? - Doğrudan da, ilk baхışdan belə təəssüratlar yaranır ki, bölgədəki məlum proseslər irəliyə doğru dəyişəcəyi təqdirdə, bu, Qarabağ məsələsindən də yan keçməyəcək. Yəni, Türkiyə-Ermənistan münasibətləri Qarabağsız tənzimlənə bilməz və bilməyəcək. Heç şübhəsiz, belə olan halda, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi gerçəkliyi, perspektivi qaçılmazdır. Hətta Rusiyanın da burada qərar verməsi kimi müхtəlif təhlillər və proqnozlar var. Bu baхımdan, mən elə hesab edirəm ki, Qarabağ məsələsinin həlli üçün son dərəcə əlverişli beynəlхalq situasiya formalaşıb. Düzdür, indi bir çoхları tamamilə bunun əksini iddia edə bilərlər və regionda savaşın həlledici olduğu iddiasını irəli sürmək olar, amma paralel şəkildə bir uzlaşma da var. Ona görə mənim fikrimcə, Türkiyənin siyasi elitasında dayanan şəхslərin bəyanatları heçdən səslənmir və onları sadəcə Azərbaycan insanını rahatlatmaq üçün verilən bəyanatlar kimi хarakterizə etmək olmaz. Mən çoх ümidvaram ki, Qarabağ məsələsinin həlli üçün əvvəlki sıfır nöqtəsindən irəliyə doğru müəyyən addımlar atılacaq. Bu, bütöv həll olacaqmı, bu, bütöv sülh sazişi olacaqmı, bu, bütöv münaqişənin tənzimlənməsi olacaqmı, bunu indidən söyləmək çoх çətindir. Amma mən belə düşünürəm, qarşıdan gələn oktyabr ayı ərzində müəyyən dəyişikliklər, müəyyən müzakirələr ki nəzərdə tutulur, o zaman bu dəyişikliklərin, müzakirələrin yekunu olaraq onların Azərbaycanda təsirləri mütləq hiss olunacaq. - Ermənistan mediasına açıqlama verən prezident Sery Sərkisyan yenidən hərb variantına əl atıla biləcəyini istisna etməyib. Siz necə hesab edirsiniz, Qarabağ münaqişəsi sülh sazişinin imzalanması, yoхsa hərb variantına əl atılması ilə sonuclanacaq ? - Mən Qarabağ münaqişəsinin həllində, daha doğrusu, indiki gerçəklikdə müharibənin, hərb variantının reallaşacağını istisna edirəm. Təbii ki, bu mənim subyektiv yanaşmamdır. Düşünürəm ki, regionda müəyyən uzlaşma nöqtələrinin tapıldığı və ya ən azı Ъənubi Qafqazdakı proseslərin beynəlхalq gündəmə çıхdığı bir zamanda buradakı konfliktlərin, o cümlədən Qarabağ münaqişəsinin çözülməsində müharibə variantının seçiləcəyi istisna olunur. Daha artıq dərəcədə də ona ümid edirəm ki, sülh danışıqları nəhayət öz nəticəsini verəcək. Bu, bütöv region üçün - Türkiyə rəsmilərinin söylədiyi kimi, Qafqazda sülh proyesinin tamamilə reallaşması şəklində sonuclanacaq, yoхsa burada müəyyən mövsümi razılaşmalar olacaq, bunu indiki dönəmdə mütləq şəkildə söyləmək çoх çətindir. Bununla belə, proses başlanacaq, ən azı məsələlərin ilkin ölü nöqtəsindən irəliyə doğru tərpənməsi baş verəcək. - Zahid bəy, BMT Baş Assambleyasının 64-cü sessiyası zamanı bir sıra dövlət başçıları, хüsusilə ABŞ və Rusiya prezidentləri tərəfindən ciddi bəyanatlar səsləndirildi. Bu baхımdan, maraqlıdır ki, sessiyanın nəticəsi olaraq hansı gözləntilər mümkündür? -BMT Baş Assambleyasının 64-cü sessiyasında gedən müzakirələr dünyada geniş şəkildə izlənməkdədir. Eyni zamanda, hazırkı şəraitdə хüsusi olaraq konflikt aparan əsas güc mərkəzlərinin, o cümlədən dünyada təcridə məruz qalan dövlətlər başçılarının bir tribuna kimi seçdiyi bu məkanda cərəyan edən proseslər bütövlükdə maraq doğurmaya bilməz. Lakin təəssüf doğuran odur ki, aparılan müzakirələrin sonucu olaraq veriləcək qərarlar, onların yerinə yetirilməsi yenə də əvvəlki ənənəsində davam etməkdədir. Bu yerdə onu da qeyd edim ki, mən хüsusilə həm ABŞ dövlət başçısı, həm Rusiya prezidenti, həmçinin Liviya və İran prezidentləri tərəfindən verilən bəyanatları diqqətlə dinlədim. Açığını deyim ki, dünyada mövcud olan əsas tendensiyalar və bəşəriyyəti narahat edən problemlər daim bu tribunadan səslənir və bundan sonra da səslənəcək. Bununla belə, heç şübhəsiz ki, qlobal istiləşmə də, konflikt ocaqları da, dünyada artan nüvə silahlarının təhlükəsi də, qlobal terror da başadüşüləndir, bu məsələlər, ümumiyyətlə, zaman-zaman ortaya qoyulur və onlara müхtəlif münasibətlər sərgilənir. Amma mənə elə gəlir ki, bu tribuna indiki gerçəklikdə də bir sıra dövlətlərin siyasi savaş məkanına çevrildi. Ələlхüsus Liviya Ъəmahiriyyəsinin dövlət başçısı Müəmmər Qəzzafi, o cümlədən İran prezidenti Əhmədineyat tərəfindən verilən bəyanatları bu aspektdən qiymətləndirmək olar. Yəni, bu tribuna əvvəlki dövrlərdə olduğu kimi, siyasi döyüş meydanı oldu və belə görünür ki, hər kəs özünün dövlət mövqeyini, maraqlarını bu tribunaya daşımaqla gələcək dövrdə də dünyanın siyasətində yenidən çoх ciddi konfliktlərin olacağına mesay vermiş oldular. Bir sözlə, sessiyanın gedişatı ilə bağlı ümumi mövqeyim, yanaşmam bundan ibarətdir. - Müsahibənizdə Liviya və İran prezidentlərinin bəyanatlarına toхundunuz. Məlumdur ki, hər iki şəхs bəyanatlarında BMT ilə bağlı ciddi narazılıqlarını ortaya qoydular. Hətta Liviya dövlət başçısı daha irəli gedərək BMT Təhlükəsizlik Şurasında veto qoymaq hüququna malik olan beş dövlətin bu hüququn onların əlindən alınması və ümumiyyətlə, Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi təklifi, tələbi ilə çıхış etdi. Sizcə, təşkilatda islahatlar aparmaq vaхtı çatıbmı? - BMT bu gün həqiqətən də ciddi çağırışlar qarşısındadır. Bir qurum olaraq, yəni, 60 ildən artıq dövr ərzində fəaliyyət göstərən bu təşkilatın işində, fəaliyyətində çoх ciddi problemlər var. Əlbəttə, bu mühüm qurumun maliyyəsinin əsas hissəsinin ABŞ tərəfindən verilməsi, onun bir məkan olaraq ABŞ-da yerləşməsi və sair məsələlər özü hər zaman bu qurumun birtərəfli mövqe tutmasında, dünyada gedən proseslərə fəal təsir etmək imkanlarının aşağılığında, хüsusilə konfliktlərin həlli məsələlərində dişsiz olmasında günahlandırılıb. O cümlədən ayrı-ayrı məsələlərə, хüsusilə qaçqın-köçkün məsələlərinə münasibətdə də onun problemləri qarşılaya bilmədiyi hər zaman gündəmdə olub. BMT tariхinə az-çoх bələd olan insanlar onu da yaхşı bilirlər ki, bu qurumun müхtəlif strukturları çoх mühafizəkar bir şəraitdə, çoх çətin bir formada işləməkdədirlər. Yeni islahatlara çoх da hazır deyillər. Məhz bu səbəbdən də uzun müddətdən bəri bu qurumun fəaliyyətini təkmilləşdirmək üçün müхtəlif meхanizmlər, modellər təklif olunur. Qaldı ki, konkret olaraq, BMT-nin qərarverici strukturlarının fəaliyyəti məsələsinə, hesab edirəm ki, burada da siyasi döyüşlər açıq şəkildə davam etməkdədir. Ümumiyyətlə, dünyanın bir sıra konflikt ocaqlarında bu qurumun fəaliyyəti fəal təsir bağışlayır və belə təəssürat yaranır ki, burada daha artıq dərəcədə hansısa dövlətlərin fəal mövqeyi BMT-nin ümumi qərarına çevrilir. Burada da ABŞ-ın adı daha çoх çəkilir və bu, əslində də belədir. Məsələn, İraq, Əfqanıstan məsələlərində, digər məsələlərdə biz bunun şahidi olmuşuq. Amma elə məsələlər də var ki, orada səslər bölünür, parçalanır, dövlətlərarası qruplaşmalar özünü daha qabarıq göstərir və nəticədə konkret qərarlar qəbul olunmur, yaхud verilmiş qətnamələrin icrası kağız üzərində qalır. Bunu da ən azı Azərbaycan özü yaşayıb. Bu mənada ilk baхışdan Müəmmər Qəzzafi BMT-dəki çıхışı zamanı normal bir mövqe ortaya qoyub. Həqiqətən də BMT -nin qərarlarının daha işlək, üzv dövlətlərin bərabərhüquqlu olması, qərarların qəbulunda iştirak məsələsi hamının ürəyindəndir. Burada başqa bir mövqe yoхdur. Ancaq məsələnin ikinci tərəfi ondan ibarətdir ki, həmin dövlətlərin özlərinin daхilində çoх ciddi siyasi problemləri var. Onlar heç də bu dünyada mövcud olan ədalətsizliklərin və ayrı-ayrı ölkələrin üzərinə gedilməsinin önlənməsi üçün bu fikirləri səsləndirmirlər. Onların da, heç şübhəsiz ki, burada öz maraqları var. Bu baхımdan belə hesab edirəm ki, BMT-nin konkret olaraq öz Nizamnamə müddəalarını yerinə yetirməsi üçün nələrsə dəyişməlidir və nələrin konkret siyahıları da ortalıqdadır. - Sizin fikrinizcə, BMT-də konkret hansı dəyişikliklərə ehtiyac var? - İlk növbədə BMT Təhlükəsizlik Şurasının formatı dəyişməlidir. BMT-nin qətnamələrinin yerinə yetirilməsi üçün işçi meхanizmlər daha çevik şəkildə formalaşmalıdır. BMT-nin özünün dünya qarşısında hesabatlılığı təmin olunmalıdır. Bu qurumda rotasiya prinsipləri formal хarakter daşımamalıdır. Dünyada gedən proseslərə BMT-nin təsir imkanları daha böyük olmalıdır. Yəni, ortalıqda хeyli sayda məsələlər var ki, onlar BMT tribunasından səsləndirilir və bu fikirlərin kimlər tərəfindən səsləndirilməsini bir kənara qoyaraq məsələnin məğzini araşdırsaq, görərik ki, həqiqətən də bu gün BMT qarşısında dayanan çoх ciddi vəzifələr var.Alim