SON XƏBƏRLƏR

İranda Uzaq mənzilli reketlərin uğurla sınaqdan keçirilməsi bildirilir

2021.10.20, 07:36
İranda Uzaq mənzilli reketlərin uğurla sınaqdan keçirilməsi bildirilir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Sentyabrın 28-də İran 2000 kilometr məsafədəki hədəfləri vura bilən iki raketi sınaqdan keçirib: Yer-yer tipli "Sicil" və "Şahab 3" uzaqmənzilli raketlərinin daha təkmil iki yeni nümunəsinin sınaqlarının uğurlu alındığı, raketlərin əvvəlki növləri ilə müqayisədə hədəfi daha dəqiq vurduğu bildirilir. Belə raketlər həm İsraili, həm də Amerikanın Fars körfəzindəki bazalarını vurmaq gücündədir. İran İnqilab Keşikçiləri Korpusunun ("Sepah") hava qüvvələrinin komandiri general Hüseyn Salami deyib ki, "Pəyğəmbəri Əzəm-IV" adı ilə keçirilən və bazar günü başlayan hərbi təlimlərdə həmçinin qısa və ortamənzilli raketlər də (200 kilometrdəki hədəfi vura bilən "Fateh" və 150 kilometrdəki hədəfi vuran "Tondar" raketləri) uğurla sınaqdan keçirilib. Salami "Sicil" raketinin sınağının təfərrüatı haqda danışmayıb. Bu raket iki mərhələlidir və "Şahab"a nisbətən daha mürəkkəb quruluşa malikdir. "Sicil" bərk yanacaq işlədir və ekspertlərin fikrincə, bu, hədəfi daha dəqiq vurmağa kömək edir ("Azadlıq" radiosu). Son raket sınaqları şübhəsiz ki, İranın Qərb ölkələri ilə münasibələrini daha da gərginləşdirəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar