SON XƏBƏRLƏR

Ərdoğan: “Türkiyə Ermənistanla diplomatik əlaqələr quracaq”

2021.10.20, 07:36
Ərdoğan: “Türkiyə Ermənistanla diplomatik əlaqələr quracaq”

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Nyu-York səfirindən qayıdan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərin normalaşdırlması prosesi barədə növbəti mesaj səsləndirib. O, ikitərəfli münasibətlər barədə misilsiz bir protokolun oktyabrın 10-da imzalanacağını qeyd edib. Bu barədə xəbərləri rəsmi Ankaraya istinadən dünyanın bütün aparıcı agentlikləri yayıblar. Türkiyə hökumətinin adının çəkilməsini istəməyən nümayəndəsi bildirib ki, Ankara və Yerevan arasında saziş İsveçrənin Sürix şəhərində imzalanacaq. Ərdoğan bildirib ki, razılaşmanı iki ölkənin xarici işlər nazirləri imzalayacaqlar. Bundan sonra sənəd ratifikasiya edilmək üçün parlamentlərə göndəriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar