SON XƏBƏRLƏR

Qərb liderləri İranı hədələdi

2021.10.20, 07:36
Qərb liderləri İranı hədələdi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Böyük 20-liyin zirvə görüşündə Cənab Obama, Fransa prezidenti Nikola Sarkozi və Böyük Britaniyanınbaş naziri Gordon Braun Böyük Iyirmiliyin sammitinin ikinci günü İranın məxfi şəkildə nüvə obyektlərinin inşası barədə çıxışlar edib. Liderlər İranı gizli şəkildənüvə yanacağı istehsal etməkdə təqsirləndirib.Barak Obama bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinə bildirmədən İranın daha bir gizli nüvə obyekti inşa etmək qərarı nüvə silahlarının yayılmamasına dair sazişin birbaşa pozulması deməkdir. Prezident Obama deyib ki, Amerika gizli obyektlərdən və İranınsilah müfəttişlərinin təftişinə yol verməməsindən xəbərdar idi. ABŞ dövlət başçısı həmin obyektin Tehrandan 160 km-lik məsafədə,Qum şəhəri yaxnlığındakı dağlıq bölgədə yerləşdiyini bildirib. Britaniyanın baş naziri Qordon Braun isə deyib ki, Tehranın bu səviyyədə yalan danışması beynəlxalq birliyi qəzəbləndirir və sarsıdır. İran zavodun mövcud olmasını üç liderin xəbərdarlığından bir neçə saat əvvəl açıqlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar