SON XƏBƏRLƏR

Rəsmi Vaşinqton İrana qarşı hərb seçənəyi istisna etmir

2021.10.20, 07:36
Rəsmi Vaşinqton İrana qarşı hərb seçənəyi istisna etmir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, ABŞ prezidenti Barak Obama G20 sammitindən sonra keçirilən mətbuat konfransında deyib ki İrana qarşı hərbi gücdən istifadə olunması istisna deyil. biz heç bir variantı istisna etmirik. Lakin qeyd edirəm ki, mənim üçün diplomatik yol daha üstündür. Hər şey İrandan asılıdır. Mən bu sözu həmişə demişəm”. O nüvə proqramını dayandırmayacağı və beynəlxalq öhdəliklərini yerinə yetirməyə başlamayacağı təqdirdə İranı “sancan” sanksiyalarla hədələyib. Jurnalistlərin sanksiyaların məhz hansı formada olacağı ilə bağlı suala ABŞ prezidenti belə cavab verib: “Bu, sizin üçün futbol deyil. Mən fikrimi problemin həllinə yönəltmişəm”. O hal hazırda “altılıq” ölkələri variantların geniş dairəsini gözdən keçirdiklərinidə bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar