SON XƏBƏRLƏR

Medvedevin İrandan üzü dönüb. o İrana 5 gün vaxt verdi

2021.10.20, 07:36
Medvedevin İrandan üzü dönüb. o İrana 5 gün vaxt verdi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Rusiya prezidenti Dmitri Medvedev bildirib ki Tehran oktyabrın 1-nə kimi nüvə proqramı ilə bağlı etimad qazanmalıdır. Rusiya prezidenti Dmitri Medvedev İranla bağlı bəyanatla çıxış edib. Medvedev Tehranın oktyabrın 1-nə kimi nüvə proqramına etimadın bərpası istiqamətində addımlar atmalı olduğunu vurğulayıb. Qeyd edək ki, oktyabrın 1-də Cenevrədə İranın nüvə proqramı ilə bağlı danışıqlar keçiriləcək. Danışıqlarda İran və “altılıq” ölkələri iştirak edəcəklər. Medvedev bildirib ki, bu görüş Tehrana problemin həllində maraqlı olduğunu nümayiş etdirmək üçün gözəl imkanlar açır: “İran 5 gün ərzində nüvə proqramının zərərsiz olduğunu sübut edən faktlar göstərməlidir”. Xatırladaq ki, İran bu həftənin əvvəlində MAQATE baş direktoruna göndərdiyi məktubda ölkə ərazisində ikinci gizli nüvə zavodunun olduğunu etiraf edib. Bundan sonra ABŞ, Böyük Britaniya və Fransa liderləri birgə bəyanatla çıxış edərək İranı yeni sanksiyalarla hədələyiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar