SON XƏBƏRLƏR

Hakkı Kəskin: "Türkiyə Avropa Birliyinin Kıprısda yol verdiyi xətanı... Ermənistan məsələsində təkrarlamamalıdır" (MÜSAHİBƏ)

2021.10.20, 07:36
 Hakkı Kəskin: "Türkiyə Avropa Birliyinin Kıprısda yol verdiyi xətanı... Ermənistan məsələsində təkrarlamamalıdır" (MÜSAHİBƏ)

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzi "olaylar"ın Türkiyə, Ermənistan və Azərbaycanın üçtərəfli münasibətləri ilə bağlı yaydığı bir müsahibəni oldugu kimi təqdim edir. "Ermənistanın işğal etdiyi ərazilərdən dərhal çıxması tələbi qoyulmalıdır" Son zamanlar Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və iki ölkə arasında sərhədlərin açılması məsələsinin yenidən gündəmə gəlməsi Ankara, Bakı və İrəvanla yanaşı digər dövlətlərdə də maraqla izlənilir. Ankara ilə İrəvan arasında imzalanması nəzərdə tutulan protokola münasibətlər də müxtəlifdir. Almaniya Bundestaqının üzvü, əslən Türkiyədən olan Hakkı Kəskin Ermənistan-Azərbaycan münaqişəsi həll edilmədən və işğal altında olan Azərbaycan torpaqları işğaldan azad edilmədən Ermənistanla sərhədlərin açılmasına lüzum görmür. Onun sözlərinə görə, Türkiyə hökumətinin başçısı Rəcəb Tayyib Ərdoğan da məhz bu prizmadan çıxış edərək Azərbaycanda səfərdə olarkən prezident İlham Əliyevlə keçirdiyi görüşdə bu fikri açıq-aşkar bəyan edib. Hakkı Kəskin Türkiyə baş naziriinn Azərbaycanda verdiyi vədə əməl edəcəyini də vurğulayıb. Almaniya Bundestaqının üzvü Ermənistan-Azərbaycan münaqişəsi və onun həlli istiqamətində aparılan danışıqlar prosesinə də toxunub. Bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə Avropa Birliyi də böyük maraq göstərir. -Hakkı bəy, Türkiyə-Ermənistanla münasibətlərinin normallaşdırılması və iki ölkə arasında sərhədlərin açılması ilə bağlı məsələ yenidən gündəmə gəlib. Siz bu prosesləri necə dəyərləndirirsiniz? -Mən Türkiyə Cümhuriyyətinin bu məsələdəki yanaşmasını doğru saymıram. Təbii ki, biz bağlı qapılar arxasında nələrdən danışıldığını bilmirik. Ancaq Ermənistanla Türkiyə arasında imzalanmış protokolu araşdırmışam və orada Ermənmistanın işğal altındakı torpaqlardan çəkilməsinə dair heç bir cümlə tapmadım. Ermənistan bu protokollar imzalanarkən "mən bu addımı ataram" deyə Türkiyəyə söz verə bilər. Ancaq bunu yetərli saymıram. -Sizcə, Türkiyə Ermənistandan nəyi tələb etməlidir? -Türkiyə açıq şəkildə İrəvana bildirməlidir ki, işğal altındakı torpaqlardan çəkilmədikcə, Dağlıq Qarabağ münaqişəsi sülh yoluyla həllini tapmadıqca bu protoklları imzalamayacaq və Məclisdə təsdiqləməyəcək. Bununla bağlı Türkiyə televiziyalarına da müsahibə vermişəm. Bundan sonra da bu mövqeyimdə qalacam. Hesab edirəm ki, Avropa Birliyinin Kıprısda yol verdiyi xətanı Türkiyə Ermənistan məsələsində təkrarlamamalıdır. Ermənistan işğal altındakı torpaqlardan çəkilmədən Türkiyə Ermənistanla sərhədləri açsa İrəvan üzərindəki mövcud təzyiqlər aradan qalxacaq. Bundan sonra isə Ermənistan çox rahat şəkildə işğal altındakı torpaqlarda qalacaq və işğalçılıq siyasətini davam etdirəcək. Mən bunun qəbuledilməz olduğu qənaətindəyəm. -Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdə olarkən prezident İlham Əliyevlə keçirdiyi görüşdə, eləcə də Azərbaycan parlamentində səsləndirdiyi sözün üstündə duracaq? -Baş nazir Rəcəb Tayyib Ərdoğan istər Azərbaycan parlamentində, istərsə də prezident İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında açıq şəkiljdə bildirdi ki, Türkiyə işğal faktı aradan qalxmayınca sərhədləri açmayacaq. Türkiyə hökuməti mütləq bu vədin arxasında durmalıdır. Əks halda Azərbaycan da daxil olmaqla digər türk dövlətlərinin Türkiyəyə olan inamları itəcək. -Hakkı bəy, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması və iki ölkə arasında sərhədlərin açılmasını nəzərdə tutan protokolların Türkiyə Böyük Millət Məclisində təsdiqlənməsi nə dərəcədə mümkündür? -Türkiyənin Qarabağ məsələsində verdiyi vədlərin yerinə yetirilmədiyi müddətdə bu protokolların Böyük Millət Məclisində təsdiqlənməməsinin tərəfdarıyam. Hətta türk millət vəkillərinə bir çağırış edərək Böyük Millət Məclisinin şərəfini qorumağa səsləyirəm. Türk millət vəkillərinin də bu mövqeyi tutacağı qənaətindəyəm. -Əksər dövlətlər Avropa dövlətləri Dağlıq Qarabağ probleminin Minsk Qrupu çərçivəsində həllinin tərəfdarı olduğunu açıqlayıb. Sizin bu məsələyə yanaşmanız necədir? -Mən bu formatdan çox şey gözləmirəm. Minsk Qrupu neçə ildir ki, bu mövzuyla sözdə məşğuldur. Ancaq zəruri təzyiqlər göstərilmir. Xüsusilə Rusiyanın Qarabağ məsələsində Ermənistanı dəstəkləyən mövqe nümayiş etdirməsi əngəllənməlidir. Minsk Qrupu da bölgədə sülh və sabitlik üçün Qarabağ münaqişəsinin həllinin vacibliyini anlamalı, Ermənistana işğal altındakı torpaqları boşaltmaq üçün müəyyən təzyiqləri göstərməlidir. -Almaniyanın Dağlıq Qarabağ probleminin həllinə olan yanaşması Bundestaqın üzvü kimi sizi qane edirmi? -Bir müddət əvvəl Almaniya parlamentində təmsil olunan bütün qruplarla birgə Dağlıq Qarabağ münaqişəsinə dair ortaq bir qərar aldıq. Həmin qərarda Cənubi Qafqazda sülhün və təhlükəsizliyin hökm sürməsi üçün Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpaqlarının azad olması və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz evlərinə geri dönməsinin vacibliyi əksini tapıb. Bundestaqda keçirilən müzakirələrdə iştirak edən Azərbaycanın Almaniyadakı səfiri də çıxış edərək bildirdi ki, belə bir qərar yalnız ölkəsinin parlamentində və Türkiyənin Böyük Millət Məclisində çıxarıla bilərdi. -Almaniya Avropa Birliyinin aparıcı üzvülərindən biridir. Nə üçün Berlin Bundestaqın çıxardığı bu qərarın digər Avropa Birliyi ölkələrinin parlamentlərində də qəbul edilməsi təklifini irəli sürmür? -Hesab edirəm ki, bu məsələ tək bir dövlətlə yekunlaşmamalıdır. Mənim də istədiyim odur ki, Azərbaycana gəlmiş avropalı parlamentarilərə Dağlıq Qarabağ münaqişəsi barədə daha ətraflı məlumat verilsin. Onlar bu məsələni öz ölkələrinin, daha sonra isə Avropadakı müxtəlif beynəlxalq təşkilatların Parlament Assambleyalarında gündəmə gətirsinlər. Düzdür, Avropa Şurası Parlament Assambleyasının belə bir qərarı var. Lakin o yenidən işlənməli və Ermənistanın işğal etdiyi ərazilərdən dərhal çıxması tələbi qoyulmalıdır. -Avropa Birliyinin Qarabağ probleminin həllindəki rolunu necə görürsünüz? -Avropa Birliyi bu məsələdə daha qətiyyətli və qararlı mövqe tutmalıdır. Biz açıq şəkildə deməliyik ki, Cənubi Qafqazda sülh və sabitliyin əsası regiondakı problemlərin həllinə bağlıdır. Əsas problem isə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi, bunun nəticəsində bir milyondan artıq insanın qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur qalmasıdır. Bu problem mütləq həllini tapmalı və açıq şəkildə mövqe ortaya qoyulmalıdır. -Həmsədr dövlətlərin Qarabağ məsələsindəki mövqeyini ədalətli saymaq olar? -Həmsədr dövlətlərlə müqayisədə Almaniya Qarabağ məsələsində daha ədalətli mövqe sərgiləyir. Bu fikri həmin dövlətin deputatı olduğum üçün söyləmirəm. Yuxarıda da qeyd etdiyim kimi, Almaniya Parlamenti Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyən və işğal altındakı torpaqların boşaldılmasını nəzərdə tutan qərar çıxarıb.Süleyman

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar