SON XƏBƏRLƏR

Ermənistan Prezidenti Türkiyə hədə-qorxu gəlib

2021.10.20, 07:36
Ermənistan Prezidenti Türkiyə hədə-qorxu gəlib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə İrəvanda keçirdiyi görüşdə Türkiyəyə hədə-qorxu gəlib. Sarkisyan bildirib ki “Ermənistan və Türkiyə arasında aparılan ilkin danışıqlarda razılıq əldə olunub ki, iki ölkə arasında münasibətlər heç bir ön şərt olmadan normallaşmalıdır”. bu prinsiplərdən geri çəkilmək cəhdləri bütün prosesi təhlükə qarşısında qoya bilər. Bununla birlikdə Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər AB və Ermənistan arasında qarşılıqlı müzakirə ediblər. Onlar bildiriblər ki, AB-nin “Şərq tərəfdaşlığı” proqramının ciddi əməkdaşlıq potensialı var və bu proqram münasibətlərə yeni məzmun verəcək. Öz növbəsində, P. Semnebi Aİ-nin Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini dəstəklədiyini, Ermənistanın bu təşəbbüsünün uğurla nəticələnəcəyinə ümidvar olduğunu söyləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar