SON XƏBƏRLƏR

Axır ki İran ikinci gizli saxlanılmış uran zavodunu ETİRAF etdi

2021.10.20, 07:36
Axır ki İran ikinci gizli saxlanılmış uran zavodunu ETİRAF etdi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran ikinci uran zavodunun olmasına etiraf edib. BAEA-nın yerləşdiyi Vyanadan Xəbər agentlikləri məlumat yayıblar ki İran BMT-nin Beynəlxalq Atom Enerjisi agentliyinə uranın zənginləşdirilməsi üçün ikinci zavoda sahib olduğunu açıqlayıb.Bundan əvvəl isə İran yalnız bir dənə belə avadanlığa sahib olduğunu və bunun Tehranın cənubundakı Natanz ərazisində mövcud olduğunu demişdi. Diplomatlar bildiriblər ki, İran belə bir ikinci zavoda sahib olduğunu agentliyin rəhbəri Məhəmməd əl Baradeyiyə məktubunda açıqlayıb. Hələlik BAEA hələlik bu məlumatla tanış olduğunu deyib. Şərhçilərin fikricə əgər bu məlumat təsdiq olunarsa, onda İranın nüvə silahı düzəltmək üçün digər gizli avadanlıqlara sahib olmasına dair narahatlıqlar artacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar