SON XƏBƏRLƏR

Ermənistan prezidenti: “Ermənistanın əsl paytaxtı Türkiyə ərazisində yerləşir”

2021.10.20, 07:36
Ermənistan prezidenti: “Ermənistanın əsl paytaxtı Türkiyə ərazisində yerləşir”

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Ermənistan prezidenti Serj Sərkisyan bütün ermənilərin katalikosu II Qareginlə görüşündə bildirib ki Ermənistan prezidenti Ermənistan-Türkiyə münasibətlərini erməni diasporu ilə müzakirə etmək üçün oktyabrın 1-dən xarici ölkələrə səfər edəcək. Serj Sərkisyanın erməni diasporu ilə müzakirələr aparmaq üçün Paris, Nyu-York, Los-Anceles, Beyrut və Rostova səfərləri planlaşdırılır. Serj Sərkisyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin mühüm mərhələyə qədəm basdığını deyib: “Bu müzakirələr çox faydalıdır. Çünki protokolların imzalanıb-imzalanmamasından, yaxud ratifikasiya edilib-edilməməsindən asılı olmayaraq müzakirələrin aparılması vacibdir. Ölkə daxilində aparılan fikir mübadiləsində emosional aspektin olması normaldır. Çünki erməni xalqının böyük əksəriyyəti soyqırımına məruz qalan insanların nəvə-nəticələridir. Bundan başqa sərhədin o tayında bizim müqəddəs məbədlərimiz, kilsələrimiz, paytaxtımız var, bir çoxlarının ata evləri də orada qalıb. Mən bunu başa düşürəm, bir çox hallarda özüm də öz emosiyalarımla mübarizə aparıram. Bununla belə hesab edirəm ki, müzakirələr vacibdir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar