SON XƏBƏRLƏR

İranda dərslər başladı, Türk dili vədi isə unuduldu

2021.10.20, 07:36
İranda dərslər başladı, Türk dili vədi isə unuduldu

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda iki gündür məktəblər açılıb. Bu il İranda 1,2 milyon şagird birinci sinfə gedib, 14 milyondan çox tələbə və təqribən bir milyon müəllim dərslərə başlayıb. "Amerikanın səsi" radiosu məlumatın verir ki prezident seçkilərində, Mahmud Əhmədinecat da daxil olmaqla, bütün namizədlər ana dilində təhsil çağırışları və vədləri edib. "Vədlərə baxmayaraq, bu tədris ilində məktəblərdə ana dilində təhsil və ya ana dilinin tədrisi barədə heç bir addım atılmayıb". Radio bildirir ki, İran dövləti bu təhsil ili üçün 250 milyon nüsxə dərslik çap edib:"Dərsliklərin böyük əksəriyyəti fars dilində olsa da, ingilis, ərəb və erməni dillərində kitablar da var". "Amerikanın səsi" bidirir ki, başda azərbaycanlılar və kürdlər olmaqla, İranın qeyri-fars millətlərinin daxildəki və xaricdəki təşkilatları son 80 ildə İran dövlətinin təhsil və onların ana dilləri ilə bağlı siyasətindən narazıdır. "İranda türklərin, türkmənlərin, kürdlərin, ərəblərin, bəluçların və digər millətlərin dillərində təhsilə imkan verilmir. Bu dillər hazırda İranda məktəblərdə, universitetlərdə, idarələrdə və hətta məhkəmələrdə qadağandır".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar