SON XƏBƏRLƏR

Rusiya İranla bağlı mövqeyini dəyişdi

2021.10.20, 07:36
Rusiya İranla bağlı mövqeyini dəyişdi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Rusiya prezidenti Dmitri Medvedyev nüvə fəaliyyətlərindən əl çəkmədiyi təqdirdə İrana qarşı yeni sanksiyaların qaçılmaz olduğunu deyib. Nyu-Yorkda amerikalı həmkarı Barak Obama ilə görüşündən sonra Medvedyev jurnalistlərə bildirib ki, "sanksiyalar nadir hallarda effiktiv olsa da, bəzən bu kimi cəzalara ehtiyac duyulur". RF prezidenti hesab edir ki, ABŞ və Rusiya yalnız dinc mahiyyətli nüvə enerjisi istehsal etməsi üçün İrana həvəsləndirici təkliflər verməlidir. Obamasa İranın bir sıra beynəlxalq qanunlara riayət etmədiyini və Tehrana qarşı daha ciddi saksiyaların tətbiq edilə biləcəyini deyib ("Amerikanın səsi" radiosu). Bu arada, İran prezidenti Mahmud Əhmədinecat bildirib ki, Tehran nüvə proqramı ətrafında narahatlıqları yüngülləşdirmək üçün ölkənin nüvə ekspertlərinin ABŞ və dünyanın digər qüdrətli dövlətlərinin alimlərilə görüşməsini istəyir. O, həmçinin "Washington Post" müsahibəsində İranın ABŞ-dan tibbi məqsədlər üçün zənginləşdirilmiş uran almağa səy göstərəcəyini deyib. ABŞ rəsmiləri bu təkliflə bağlı hələlik şərh vermirlər. Yeri gəlmişkən, "Böyük Səkkizlik" (G-8) ölkələrinin XİN başçılarının srağagün gecə keçirilən toplantısında İran mövzusu müzakirə predmeti olub. G-8-ə rəhbərlik edən İtaliyanın xarici işlər naziri Franco Frattini bildirib ki, "Böyük Səkkizlik" uranın zənginləşdirməsindən imtinası üçün İrana 3 ay - ilin sonunadək vaxt verib:"İrana bir şans daha verilməsi üçün fikir birliyinə gəldik"

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar