SON XƏBƏRLƏR

BMT İrana qarşı qətnamə qəbul etdi

2021.10.20, 07:36
BMT İrana qarşı qətnamə qəbul etdi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, BMT-nin Təhlükəsizlik Şurasında bu dəfə daimi üzvlərin nümayəndələrinin deyil, üzv və müşahidəçi qismində qatılan ölkələrin liderləri iştirak edib. Rusiya və ABŞ tərəfindən hazırlanan nüvə təhlükəsizliyi və silahsızlaşdırılmaya dair qətnamədə strateji silahların yayılmamasına dair razılaşmanı ratifikasiya edən ölkələr öz öhdəliklərini yerinə yetirməyə,yeni nüvə sınaqlarından imtinaya,eləcə də bütün növ nüvə sınaqlarının qadağan edilməsinə dair razılaşmanı ratifikasiya etməyə çağırılır. Bundan başqa qətnamə vasitəsilə dövlətlərdən gözlənilən 2010-cu nüvə silahlarının yayılmamasına dair nümunə konfransına qədər əsas istiqamətlərdə uğur əldə etmək üçün əməkdaşlıq da istənilir. Bildirilir ki, bu çərçivədə nüvə silahının yayılmaması, atom enerjisinin dinc məqsədlərlə istifadəsi və silahsızlandırmaya nail olmaq vacibdir. Sədrlik hüququ ABŞ-da olduğundan iclası idarə edən Amerika prezideni Barak Obama sənədi tarixi adlandırıb. Onun sözlərinə görə, qətnamə nüvə silahsız dünya ümumi məqsədinə sədaqəti əks etdirən ümumi mövqeyin göstəricisidir. Barak Obama deyib ki, dünya dövlətləri beynəlxalq qanunvericiliyin boş sözlər olmadığına əmin etmək üçün birləşməli və sənədin tələblərini yerinə yetirməlidir. Rusiya prezideni Dmitri Medvedyev bu shədə üzərlərinə düşən öhdəliklərin yerinə yetiriləcəyinə, strateji hücumçəu silahların məhdudlaşdırılacağını vəd edib. Cari ilin sonunadək bunuqnla bağlı razılaşmanın imzalanması üçün şərait yaradacaqlarını deyən rusiyanın dövlət başçısı bu sahədə ölkəsinin etibarlı müttəfiq olduğunu da əlavə edib. Türkyənin baş naziri Rəcəb Tayyb Ərdoğan kütləvi qırğın silahlarına sahib olmağın indiki dövrdə heç bir ölkəyə xeyir gətirməyəcəiyni, hazırkı tədbirin nüvə silahlarının yayılmasının qarşısı almaq üçün münbit şərait yaradığını diqqətə çatdırıb. Türkiyənin hökumət başçısı strateji hücumçu silahların yayılmamasına dair qətnaməni yüksək qiymətləndirərək, insanlığın sülh və təhlükəsizliklə bağlı dünyəvi arzularını əks etdirdiiyni bildirib. Böyük Britaniyanın baş naziri Qordon Braun həmkarlarından fərqli olaraq İranın nüvə proqrammı üzərində dayanıb və bu ölkəyə qarşı daha sərt mövqe nümayiş etdirilməsinin zəruri olduğunu deyib. İrana beynəxalq ictimaiyyətin sülh erasına nail olmaq istiqamətində irəli getməyə mane olacaq addımlar atmağa imkan verilməməsinin zərurətini ifadə edən Qordon Braun nüvə silahının yayılması riskinin artıdığını da əlaaə edib. Birləşmiş krallığın hökumət başçısı son ayların təcrübəsini əsas gətirərək İran və Şimali Koreya kimi dövlətlərin bütün dünyada sülhü və təhlükəsizlüyi təhdid etdiiyini də vurğulayıb. Qətnamənin qəblunu alqışlayanlar arasında BMT-nin Baş Katibi Pan Qi Mun da olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar