SON XƏBƏRLƏR

Rusiya prezidenti ilk dəfə olaraq İrana qarşı sanksiyalara müsbət yanaşıb

2021.10.20, 07:36
Rusiya prezidenti ilk dəfə olaraq İrana qarşı sanksiyalara müsbət yanaşıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Rusiya prezidenti Dmitri Medvedev İrana qarşı yeni sanksiyaların tətbiqini istisna etməyib. BMT Baş Assambleyasının 64-cü sessiyasında iştirak etmək üçün ABŞda bulunan Medvedev, ABŞ prezidenti BarakObama ilə görüşdən sonra bildirib ki ola bilsin ki İrana qarşı belə hərəkətlərə zərurət yaransın. ABŞ və Rusiya İranın nüvə probleminin diplomatik yolla nizamlanmasına tərəfdardırlar. Amma rəsmi Tehran dünya ictimaiyyətinin bu istəklərinə adekvat cavab verməsə, söhbət sanksiyalardan getməli olacaq. Bunu isə ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Dmitri Medvedevlə görüşdən sonra bəyan edib. Yeri gəlmişkən Dmitri Medvedev Barak Obamaya bildirib ki, Birləşmiş Ştatların raket əleyhinə müdafiə sistemləri ilə bağlı son qərarlarını məntiqə uyğun saydığını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar