SON XƏBƏRLƏR

Nikola Sarkozi İranı bir daha uyardı

2021.10.20, 07:36
Nikola Sarkozi İranı bir daha uyardı

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Fransa prezidenti Nikola Sarkozi İran hakimiyyətinə xəbərdarlıq edib ki, əgər dünya ictimaiyyətinin tələblərinə hörmətlə yanaşmasa və hərbi nüvə proqramından imtina etməsə faciəvi səhvə yol verəcək. Fransa prezidenti bu bəyanatda BMT Baş Assambleyasında keçirilən ümumi siyasi diskussiyalarda çıxış edib. Nikola Sarkozinin sözlərinə görə, dünya ictimaiyyəti nüvə yayılmasının dayandırılacağını çox gözləyib. O bildirib ki, rəsmi Tehranın nüvə texnologiyalarından dinc məqsəd üçün istifadə etmək hüququ var. xarırıadaq ki Bir qədər sonra BMT-nin mənzil-qərargahında “altılıq” ölkələri (ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya) xarici işlər nazirlərinin görüşü keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar