SON XƏBƏRLƏR

güləşçimiz dünya çempionu oldu

2021.10.20, 07:36
güləşçimiz dünya çempionu oldu

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Danimarkanın Herninq şəhərində keçirilən güləş üzrə dünya çempionatında bu gün Azərbaycanın bir kişi və bir qadın güləşçisi finalda mübarizə aparıb. təmsilçilərimiz Çamsulvara Çamsulvarayev kişilər arasında 74 kq, Mariya Stadnik isə qadınlar arasında 48 kq çəkidə çıxış edir. Artıq hər iki pəhləvanımız final görüşünü keçirib. Qadın güləşçimiz finalda Larisa Oorjakla (Rusiya) qarşılaşıb və qələbə qazanıb. İki dəfə Avropa çempionu Mariya Stadnik ilk dəfə dünya çempionu tituluna yiyələnib. Çamsulvarayev isə finalda rusiyalı Denis Tsarquşa uduzub. Qeyd edək ki, dünya çempionatının ilk 2 günündə sərbəst güləşçilərimizdən Zəlimxan Hüseynovla (60 kq) Xetaq Qazyumov (96 kq) gümüş, Şərif Şərifov (84 kq) isə bürünc medal qazanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar