SON XƏBƏRLƏR

Ərdoğanın mühafizəçiləri ilə Obamanın mühafizəsiləri yumruqlaşıb

2021.10.20, 07:36
Ərdoğanın mühafizəçiləri ilə Obamanın mühafizəsiləri yumruqlaşıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Nyu-Yorkda Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın mühafizəçiləri amerikalı həmkarları ilə dalaşıb. Nəticədə baş nazir toplantıdakı çıxışını ləğv edərək qaldığı mehmanxanaya geri dönüb. "CNN-Türk"ün xəbərinə görə, "Şeraton" otelinin girişində Ərdoğanı qoruyan gizli xidmət işçiləri ilə prezident Barak Obamanın mühafizəçiləri arasında mübahisə yaranıb. Ərdoğanın korteji "Şeraton" otelinin qarşısında dayandığı zaman Obamanın mühafizəçiləri buna icazə verilmədiyini deyiblər. Lakin Ərdoğan avtomobildən düşüb və mühafizəçiləri ilə birgə otelə doğru getməyə başlayıb. Otelə təxminən 30 metr qalmış Obamanın mühafizəçiləri baş nazirin binaya girməsinə mane olmaq istəyib. Bundan sonra baş nazirin mühafizəçilər ilə prezident mühafizəçiləri arasında mübahisə yaranıb. Sonda mübahisə yumruqlaşma və əlbəyaxa ilə nəticələnib. Ərdoğan mübahisəyə əli ilə müdaxilə edib və amerikalı mühafizəçinin əlini tutaraq geri itələyib. O daha sonra avtomobilinə minərək hadisə yerindən uzaqlaşıb. Türkiyə hökumətindəki mənbələr bildiriblər ki, Ərdoğanın çıxış edəcəyi "Şeraton" hotelinə girişi zamanı onu qoruyan Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşları ilə Obamanın mühafizəçiləri arasında anlaşılmazlıq səbəbindən mübahisə yaranıb. Baş naziri qoruyan gizli servis işçiləri isə dəyişdirilib. Qalmaqal üzündən Ərdoğan ABŞ-ın keçmiş prezidenti Bill Klintonun təşkil etdiyi panelə qatılmayıb və qaldığı hotelə dönüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar