SON XƏBƏRLƏR

ABŞ prezidenti BMT Baş Assambleyasında çıxış edib

2021.10.20, 07:36
ABŞ prezidenti BMT Baş Assambleyasında çıxış edib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama özünün BMT Baş Assambleyasındakı ilk çıxışında deyib ki, antiamerikanizm çox vaxt başqa ölkələrlə əməkdaşlıq etməmək üçün bahanə olub. O bəyan edib ki, BMT üzvləri innən belə öz milli-mədəni fərqlərinə arxayın ola bilməzlər, əksinə indi birgə çalışmağın vaxtıdır. Özünün BMT Baş Məclisi qarşısında ABŞ prezidenti kimi ilk çıxışında Barak Obama dünyanın öz tarixində çox çətin bir dövr yaşadığını, və onun ədalət və firəvanlıq uğrunda cəsarətli addımlar atmağa hazır olduğunu bildirdi. Amerikanın hazırkı qeyri-məqbul status-kvonu dəyişməkdə lider olacağına ümid etdiyini deyən ABŞ prezidenti, eyni zamanda ölkəsinə olan qlobal münasibətdə şübhə və etimadsızlığın olduğunu etiraf etdi. Bunların səbəbləri arasında, ABŞ-ın ötən illərdə birtətərfli siyasət yeritmək meylinin adını çəkən Barak Obama, hazırkı dövrdə bütün ölkə və xalqların şərikli maraqlara, insanların tarixində isənilən mərhələdəkindən daha çox malik olduqlarını vurğuladı. Dünya yeni istiqamətdə getməlidir deyən ABŞ prezidenti, sözlərdən işə keçməyin vaxtı gəldiyini söylədi. ABŞ tərəfindən işgəncənin qadağan edildiyini, Quantanamo düşərgəsinin qapanmasını əmr etməsini yada salaraq, o Əl Qaidə və başqa eksremist müttəfiqlərini məğlub etmək işində qəti olduğunu da dedi. Barak Obama İraqdan Amerika qoşunlarının 2011-ci ilin sonuna kimi çıxarılacağını bir daha təkrar etdi. Bundan başqa, Amerika prezidenti tam nüvə tərk silahı işində Rusiya ilə əməkdaşlıqda ciddi tərəqqiyə ümid etdiyini, Yaxın Şərqdə yeni səylərini, iqlim dəyişikliyi ilə mübarizədə Amerikanın təşəbbüslərini sadaladı. Obamanın rəyincə, 21-ci əsrin lideri, siyasi simadan yeni keyfiyyətlər tələb edir. O bir dövlətin başqası üzərində dominantlıq ideyasının keçmişdə qaldığını bildirdi. Ş. Koreya və İrana aydın xəbərdarlıq sayıla biləcək şərhində, Obama dedi ki, Nüvə silahının yayılmaması sazişinə dair öhdəliklərinə əməl etməyən dövlətlər bunun nəticəsi ilə qarşılaşacaqlar. Onun təbirincə, beynəxalq qanunlar boş sözlər demək deyil. Demokratiya xaricdən heç bir ölkəyə yeridilə bilməz deyən Obama, Amerikanın keçmişdə demokratiyanın yayılmasına selektiv yanaşdığını etiraf edib. Lakin qeyd edib ki, hər bir ölkə özünün idarə sistemini keçmişi və mədəni dəyərlərinə əsasən qurarkən, universal insan haqları dəyərlərinə əməl etməlidir.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar