SON XƏBƏRLƏR

Mahmud Əhmədinejadın BMT-dəki çıxışı boykot edilib

2021.10.20, 07:36
Mahmud Əhmədinejadın BMT-dəki çıxışı boykot edilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin xarici KİV-nə istinadən yaydığı məlumata görə, İran prezidenti Mahmud Əhmədinejadın BMT Baş Assambleyasının 64-cü sessiyasında çıxışı zamanı növbəti qalmaqal yaşanıb. Əhmədinejad tribunaya qalxaraq çıxışa başlayan kimi, ABŞ və Fransa nümayəndələri zalı tərk ediblər. ABŞ və Fransa nümayəndələri İran liderinin “qudurğan dünya kapitalizmi dövrünün” başa çatmaqda olduğunu bəyan etməsindən sonra zalı tərk ediblər. Əhmədinejadın fikrincə, kapitalizmi marksizmin taleyi gözləyir. Bununla yanaşı, İran prezidentinin çıxışı nisbətən mülayim olub. O, çıxışı zamanı onun üçün xarakterik olan ənənəvi “sionist rejimi” ifadəsini işlətməyib və kəskin bəyanatlar verməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar