SON XƏBƏRLƏR

İran prezidenti Nyu-yorkda etirazla qarşılanıb

2021.10.20, 07:36
İran prezidenti Nyu-yorkda etirazla qarşılanıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Sentyabrın 23-də BMT Baş Assambleyasının sessiyasına qatılmaq üçün Nyu-Yorka gələn İran prezidenti Mahmud Əhmədinejad ABŞ və Kanadanın müxtəlif şəhərlərindən axışan iranlıların və bir sıra xarici vətəndaşların etiraz aksiyası ilə qarşılanıb. “Media forum” saytının məlumatına görə, ABŞ-da yaşayan iranlılar bir neçə saat əvvəl BMT-nin baş qərargahı yaxınlığında yerləşən parkda toplaşaraq bu il iyunda keçirilmiş prezident seçkisinin rəsmi nəticələrinə qarşı düzənlənmiş dinc etiraz aksiyaları və İran polisinin vətəndaşlara qarşı zorakılığını əks etdirən film göstəriblər. Kanadanın Toronto şəhərindən velosipedlə yola çıxan bir qrup İran vətəndaşının bu gün Nyu-Yorka çatdığı, əllərində üzərində “Əhmədinejad bizim prezidentimiz deyil” yazılmış plakatlarla aksiyaçılara qatıldığı bildirilir. Üzərində Əhmədinejadın böyük şəkilləri vurulmuş və “Qətl, işgəncə, təcavüzün məsulu sayılan Əhmədinejaddan izahat istəyin” şüarı yazılmış bir neçə yük maşını da BMT-nin əsas binası qarşısında iranlı aksiyaçılara dəstək verib. İranlıların Əhmədinejada qarşı daha böyük etiraz aksiyalar keçirmək üçün hazırlıq işlərinə başladığı vurğulanır.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar