SON XƏBƏRLƏR

Şairlər İran dövlətinin mükafatını istəmirlər

2021.10.20, 07:36
Şairlər İran dövlətinin mükafatını istəmirlər

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda 100-dən çox Şair birgə bəyanat yayıb. Onlar ədəbiyyat üzrə dövlət mükafatlarını bu il İranda keçirilən prezident seçkisindən sonra vətəndaşlara qarşı aparılan repressiyalara etiraz olaraq boykot etdiklərini açıqlayıblar. Bəyanatı imzalayan Şairlər içində Məryəm Amusa, Peqah Əhmədi, Siyamək Borazcani, Şahrüx Tondro Saleh, Məryəm Calali Fərahani, Mənsur Xaksar, Səccad Sahiban Zənd, Əli Abdullahi, Qranaz Musəvi, Məryəm Hole və başqa tanınmış bir neçə şair yer alır. “son üç ayda vətəndaşların tələblərinə zorakılıqla cavab verilib. İranda son prezident seçkisindən sonra xalqın başına gələnlər dünyanın gözündən yayınmayıb. Min bir arzu ilə öz qanuni tələbləri üçün sivil yolla sülh və demokratiyaya doğru hərəkət edən İran xalqı zorakılıqla üzləşib, zülmə məruz qalıb. Bu müddət ərzində xalqa göstərilən qəddarlıq, vətəndaşlara edilən hər bir zülm yazılmamış bir şeirdir”. Bu sözlər şairlərin birgə yaydıqları bəyanatda qeyd olunub. Xatırladaq ki həmçnin analoji fakt kimi bir sıra kinorejissor, rəssam, dramaturq və karikaturaçı da bu yaxınlarda mediaya açıqlamalarında hökumətin təşəbbüsü ilə keçiriləcək sərgi və festivallara iştirak etməyəcəklərini bildiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar