SON XƏBƏRLƏR

Məktəblərin açılışı ilə bağlı milli-mədəni fəalların ETTELAATa çağrılması, yeni vüsət alıb

2021.10.20, 07:36
Məktəblərin açılışı ilə bağlı milli-mədəni fəalların ETTELAATa çağrılması, yeni vüsət alıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda ana dilində təhsilə olan qadağaya qarşı yayılan bildirişlər və etiraz xarakterli fəaliyətlərin artması ilə bağlı ETTELAAT (İran kəşfiyat nazirliyi) Güney Azəybaycanın bir çox şəhərində milli-mədəni fəalları sorğu-suala cəlb edib və milli haqlar zəminində fəaliyət göstərən bir neçə jurnalist və yaziçini təhdid edib. Məktəblərin açılışına hələ 2 həftə qalmış Güney Azərbaycanın dört bir yanında ANA DİLİndə təhsilə qoyulan qadağaya qarşı divarları yazmaq, bildiriş yaymaq, CD yaymaq, telefonlarda məsaj göndərmək və ... kimi fəaliyətlərdə aktivlik müşahidə olunur. Bu fəaliyətlərin əsas istiqaməti milli hüquqların bərpası o cümlədən ANA DİLİndə təhsil məsələsi olub. Sitəmizin “urmunews”dan əldə etdiyi məlumata görə, qeyd etdiyimiz vəziyətlə bağlı Urmu və Sulduz şəhərlərində Türk, İngilis və Fars dillərində bildirişlər yayılıb. Adını çəkdiyimiz bu iki şəhərin milli-mədəni fəallarının bir çoxu son iki gündə ETTELAATa çağrılıblar. Sulduz şəhərində xeyli sayıda gənc etirazçı “divar yazmaq” ittihamı ilə bir neçə gün saxlanılıb sonra isə keçici olaraq azadlığa buraxılıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar