SON XƏBƏRLƏR

Mahmud Əhmədinəjad Nyu-yorka gedib

2021.10.20, 07:36
Mahmud Əhmədinəjad Nyu-yorka gedib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran prezidenti Mahmud Əhmədinəjad dünən Tehrandan Nyu-yorka yola düşüb. Əhmədinəjad Nyu-yorkda BMT Baş Assambleyasının sessiyasında iştirak edəcək. Aldığımız məlumata görə, İran prezidentini Rəhim Məşayei, Qulamhüseyn İlham, Səməre Haşemi, Pərviz Davudi və parlamentin üç millət vəkili müşayiət edirlər. Xatırladaq ki bu 5-ci dəfədir ki İran prezidenti BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Amerikaya gedir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar