SON XƏBƏRLƏR

"5+1" qrupu, Tehrana bir daha xəbərdarlıq edib

2021.10.20, 07:36
"5+1" qrupu, Tehrana bir daha xəbərdarlıq edib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranın nüvə proqramını yenidən müzakirə etməyi planlaşdıran Altılıq ölkələrinin növbəti görüşü İsveçrənin Cenevrə şəhərində keçiriləcək. Bu barədə məlumat verən Avropa ittifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi Xavyer Solana Nyu-Yorkda verdiyi açıqlamasında Altılıq nümayəndələrinin oktyabrın 1-də bir araya gələcəyini bildirib.Avropa ittifaqı nümayəndəsi nüvə proqramını dayandırmaqla bağlı tələbləri rəsmi Tehran rədd edərsə, Altılıq ölkələrinin vahid mövqe nümayiş etdirməsninin vacibliyini önə çəkib. Xüsusilə də Rusiya və Çin nümayəndələrinin fərqli mövqeyindən narahatlığını ifadə edən Xavyer Solana toplantıya qədər bu fikir ayrılığının aradan qalxacağına əminliyini ifadə edib. Qeyd edək ki, Avropa ittifaqının xüsusi nümayəndəsi bir müddət öncə verdiyi açıqlamasında Altılıq gölkələri ilə İranın atom enerjisi üzrə xüsusi nümayəndəsi Səid Cəlilinin də iştirak edəcəyi toplantının Türkiyədə keçiriləcəyini qeyd etmişdi. Rəsmi Tehran isə nüvə proqramından başqa bütün məsələlərlə bağlı Altılıq nüməyəndələri ilə müzakirələrə hazır olduğunu bəyan edib. Tehranda İran-İraq müharibəsinin 28-ci ildönümü ilə əlaqədar keçirilən hərbi paradda çıxış edən İran prezidenti Mahmud Əmədinejad da qərb ölkələrinə bir daha xəbərdarlıq edib. İranın dövlət başçısı bildirib ki, ölkəsi ona hücum edənə var gücü ilə qarşılıq verəcək. Onun sözlərinə görə, ölkənin silahlı qüvvələri istənilən təhlükənin qarşısını ala biləcək. Bununla belə Əhmədinejad ölkəsinin dialoq axtarışında olduğunu da bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar