SON XƏBƏRLƏR

İranda yeni sentrifuqlar sınaqdan keçirilir

2021.10.20, 07:36
İranda yeni sentrifuqlar sınaqdan keçirilir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, İran bəyan edib ki, ölkədə uranın zənginləşdirilməsi məqsədi üçün yeni, təkmilləşdirilmiş tipli sentrifuqlar yaradılıb və onlar sınaqdan keçirilir. Məhz İranın bu texnologiyası Qərbi daha çox narahat edir ki, görəsən, bu texnologiyadan Tehran nüvə silahı yaratmaq üçün istifadə etməyəcəkmi? BBC-dən John Leyn məsələyə nəzər salaraq, qeyd edir ki, İranın Atom Agentliyinin rəhbəri mətbuat konfransında deyib ki, İran alimləri sentrifuqların yeni təkmilləşdirlmiş variantını yaradıb. hazırda həmin qurğular sınaqdan keçirlir. Lakin qurğuların istifadə üçün nə vaxt hazır olacağı barədə bir şöz deyilmədi. Həmin sentrifuqlar uranın zənginləşdirlməsi üzrə NATANZ müəssisəində işə düşməlidir. Artıq 2 ilə yaxın məlum idi ki, İran sözü gedən texnologiyanın təkmilləşdirlməsi üzərində işləyir. Bu texnologiyadan həm nüvə enerji stansiyaları üçün yanacaq istesal etmək, həm də ki nüvə silahının yaradılması üçün istifadə etmək mümükündür. Amma maraqlısı Tehranın bu xəbəri yaymaq üçün seçdiyi vaxtdır. Belə ki, bir neçə gündən sonra İranın nüvə proqramına dair yeni danışıqlar başlamalıdr. Bu baxımnan sözü gedən xəbəri bir tərəfdən Tehranın qətiyyətliyi kimi, digər tərəfdən isə danışıqlarda İran tərəfinin alış-veriş etmək imkanlarının genişləndirilməsinə hesablanmış addım kimi də qəbul etmək mümükündür.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar