SON XƏBƏRLƏR

Yeni CAĞ Aİ Agentliyi: GÜNDƏM, Fars rejimi Azərbaycan mətbuatına rüşvət dağıtdı

2021.10.20, 07:36
Yeni CAĞ Aİ Agentliyi: GÜNDƏM, Fars rejimi Azərbaycan mətbuatına rüşvət dağıtdı

Gunaz.tv

“Qüds” günü ilə bağlı yazıların sifarişçiləri İranın Azərbaycandakı səfirliyi və Mədəniyyət Mərkəzidir Ramazanın son həftəsini İran mollaları “Qüds” ünü kimi keçirdilər. İran mollalarının riyalları ilə qidalanan Azərbaycandakı “Hizbullah” simpatizanları müxtəlif media orqanlarında boy göstərərək, Qüds günü ilə bağlı yazılarla çıxış edib, dünyanın terrorçu kimi tanıdığı “Həmas” və “Hizbullah”a dəstək verdiklərini bəyan etdilər. Bunu bir təəssübkeş kimi etsəydilər, başa düşülən idi. Ancaq ortada para və sifariş var...“Yeni Çağ” Analitik İnformasiya Agentliyinin əldə etdiyi xəbərə görə, bu dəfə İran səfirliyi və İran Mədəniyyət Mərkəzi Qüds günü ilə bağlı yazıların dərci məsələsində yarışa girib. Ocaqnejata bağlı saytlar və QHT rəhbərlərinin səfirliyə qalib gəldiyi bu yarışda xeyli para xərclənib.Azərbaycanın nüfuzlu qəzetlərinə belə yol tapan İran tərəfdarları bu iş üçün fars mollalarını “yolublar”. Hər yazı üçün qəzetin nüfuzuna görə, 200-500 manat civarında pul alan “Hizbullah”çıların həmin pulun böyük hissəsini mənimsədikləri də gələn xəbərlər arasındadır.Məlumatda o da deyilir ki, İran vaxtilə Qüds günü ilə bağlı pulları mənimsədiyi üçün İslam Partiyasının mətbuat xidmətinin rəhbəri Qurban Cəbrayılı bu işdən uzaqlaşdırmışdı. Bu dəfə analoji addım atanlar barədə hansı qərarın veriləcəyi bəlli olmasa da, Azərbaycan mətbuatının qardaşlarımızın qanını axıdan Fars rejimindən “reklam parası”, yəni rüşvət alması doğrudan da insanın vicdanını sızladır...

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar