SON XƏBƏRLƏR

İran prezidenti deyəsən demokratlaşır. özünə qadın müavin təyin edib

2021.10.20, 07:36
İran prezidenti deyəsən demokratlaşır. özünə qadın müavin təyin edib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran İslam respublikasının prezidenti Mahmud Əhmədinejat prezident aparatındakı məsul vəzifələrdən birinə qadın təyin edib. ANS PRESS “Anadolu” agentliyinə (AA) istinadən xəbər verir ki, Nəsrin Sultanxan elm-texnika məsələləri üzrə prezidentin müavini vəzifəsinə təyin olunub. Qeyd edək ki, Mahmud Əhmədinejat səhiyyə nazirliyi vəzifəsinə də qadın təyin etmiş və buna tənqidi yanaşanlara, “qadınlar artıq bir çox sahədə özlərini sübut ediblər” demişdi. Prezident Əhmədinejat həmçinin qadınları rəsmi vəzifələrə təyin etdiyi üçün fəxr etdiyini deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar