SON XƏBƏRLƏR

Sarkisyan acıb

2021.10.20, 07:36
Sarkisyan acıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Ermənistan hakimiyyəti ölkəni Rusiyadan uzaqlaşdıra biləcək heç bir addım atmayacaq. Bunu Ermənistan prezidenti Serj Sarkisyan “Moskovski komsomoles” qəzetinə müsahibəsində deyib. Türkiyə ilə münasibətlərə dair suala cavab verən Ermənistan prezidenti maraqlı fikirlər səsləndirib. "Əgər Rusiya üçün Türkiyə ilə münasibətlərimiz məqbul deyilsə, niyə özü Türkiyəni strateji tərəfdar hesab edir? Rusiya Azərbaycanı da özü üçün strateji tərəfdaş hesab edir. Rusiya güclü dövlətdir. Qazı və nefti olan istədiyi ölkə ilə dostluq edir. Bəs biz hava ilə dolanmalıyıq?", - deyə o vurğulayıb. Sarkisyan ölkəsinin təcrid durumundan da bəhs edib: "Onsuz da sərhədlərimizin yarı hissəsi bağlıdır. Bir çoxları ötənilki hadisələrlə əlaqədar Gürcüstanla davam edən əlaqələrimizə görə, bizi qınayır. Lakin kiməsə görə Gürcüstanla düşmənçilik etməyəcəyik. Biz olduqca yaxın məsafədə yerləşirik. Cənubi Osetiya ilə beşgünlük müharibə zamanı Tiflisdən dəmir yolu vasitəsi malların gətirilməsi dayandı". Ermənistan prezidenti qeyd edib ki, o zaman İrəvan tamamilə yanacaqsız qalmışdı. "Təssəvvür edin ki, bizim hətta həftəlik yanacaq ehtiyatımız yox idi. Bir tərəfdən Türkiyə ilə bağlı sərhədlər, digər tərəfdən Azərbaycan və heç cürə həllini tapa bilməyən Dağlıq Qarabağ münaqişəsi, üçüncü tərəfdən isə Gürcüstan. Hazırda biz İranla ümumi dəmir yolu xəttini tikmək istəyirik. Lakin Rusiya bizə kömək etmir. Əgər siz bizimlə maraqlanırsınızsa, niyə belə olur? Biz nə etməliyik?”,- deyə Sarkisyan fikrini tamamlayıb.ans

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar