SON XƏBƏRLƏR

Türkiyədə, biri Xoy şəhərindən olan 5 PKK-çı öldürüldü

2021.10.20, 07:36
Türkiyədə, biri Xoy şəhərindən olan 5 PKK-çı öldürüldü

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Türkiyənin Hakkari vilayətində Türkiyə ordusunun əsgərləri ilə PKK terrorçuları arasında atışma baş verib. “Vesti.az”-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, döyüşdə 5 terrorçu öldürülüb. Öldürülən terrorçuların cəsədləri yerli xəstəxananın morquna yerləşdirilib. Hakimiyyət orqanları öldürülən terrorçuların şəxsiyyətini müəyyənləşdirib. Onların Aliyə Timur (Van şəhər sakini, 1986-cı il təvəllüdlü), Hənifə Əli (Suriya, 1982), Salih Güləş (Şırnak, 1987), Qəhrəman Şeyx Əli (Haseki, 1991) və Yəhya Musazadə (İranın Xoy şəhərindən olan azərbaycanlı, 1988-ci il təvəllüdlü) olduğu aşkar olunub. Sonuncunun “Azəri” kod adı daşıdığı bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar