SON XƏBƏRLƏR

Serj Sərkisyan təmiz qatıqladı

2021.10.20, 07:36
Serj Sərkisyan təmiz qatıqladı

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "RİA"ya istinadən yaydığı məlumata görə, “Ermənistan Azərbaycanla Qarabağ dialoqunu o vaxt davam etdirəcək ki, müəyyən şərtlər yerinə yetirilsin”. bu barədə Ermənistan prezidenti Serj Sərkisyan Rusiyanın “Moskovski Komsomolets” qəzetinə müsahibəsində bildirib. “Biz dialoqu 3 şərtlə qəbul edirik: Qarabağ Azərbaycanın tərkib hissəsi olmamalıdır, Qarabağın müstəqilliyi siyasi səviyyədə etiraf olunmalıdır və 3-cüsü, müstəqil Qarabağın Yerevanla təhlükəsiz quru kommunikasiyası olmalıdır”-deyə erməni lideri əlavə edib. “Əgər bu 3 şərt yerinə yetirilsə, ola bilər, biz dialoqa hazır olarıq”. Ermənistan prezidenti əlavə eləyib ki, “bizim Azərbaycana heç bir güzəşt fikrimiz yoxdur. Güzəştlər tamamilə istisna olunur. Azərbaycan bizdən işğal olunmuş torpaqların azad olunmasını tələb eləyir. Bu torpaqlar - bizim aramızda sərhədlərin qoyulmasıdır və bu torpaqlar bizim təhlükəsizlik zonamızdır. Biz bu torpaqları geri qaytarmayacağıq. Qoy buna görə bizə işğalçı desinlər. Bu, mənim xətrimə dəymir”. “Əgər onların bu torpaqları zor gücünə ələ almaq imkanı olsaydı, onlar bunu, sizi inandırım, çoxdan edərdilər. Belə bir imkan yoxdur. Buna görə də bizim dediymizə qulaq asmalıdırlar. Onda geci-tezi kompromis əldə oluna bilər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar