SON XƏBƏRLƏR

Iran prezidenti Holokastı yenidən inkar etdi

2021.10.20, 07:36
Iran prezidenti Holokastı yenidən inkar etdi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Iran prezidenti Holokastı yenidən inkar edib. Mahmud Əhmədinejad onun bəyanatlarının səbəb olduğu qəzəbin şərəf mənbəyi olduğunu deyib. İranın dövlət başçısı bunları Nyu-Yorkda keçiriləcək BMT-nin Baş Assambleyasının yığıncağına yola düşməzdən əvvəl deyib. Keçən həftə Əhmədinejad Holokastı Qərb dövlətlərinin Israil dövlətinin yaradılmasına bəhanəsi adlandırmışdı. ABŞ və Qərb rəsmiləri bu çıxışları pisləyərək, onları ikrah doğuran ifadələr adlandırır. İran prezidentinin sözçüsünün Əhmədinejadın Nyu-Yorka sülh mesaji ilə getdiyini deməsi bütün bunlarla ziddiyyət təşkil edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar