SON XƏBƏRLƏR

Otel, İran prezidentini Qəbul etmir

2021.10.20, 07:36
Otel, İran prezidentini Qəbul etmir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran prezidenti gələn həftə BMT-nin toplantısında iştirak etmək üçün ABŞ-a gedəcək. Nyu-Yorkdakı lüks otellərdən biri isə Mahmud Əhmədinejadı qonaq kimi qəbul etməkdən imtina edib. «New York post» qəzeti bildirib ki Şəhərinin mərkəzindəki Manhettanda yerləşən lüks Helmsley oteli İran prezidenti Mahmud Əhmədinejadı qonaq kimi qəbul etməkdən imtina edib. Qəzetdəki xəbərə görə, otel iranlılar tərəfindən edilən sifarişi, qonaqlardan birinin Mahmud Əhmədinejadın olmasını öyrənəndən sonra ləğv edib. Mehmanxanın sözçüsü Hovard Rubensteyin xəbəri təsdiqləyib və bildirib ki, Dörd ay əvvəl iranlı tələbə dərnəyinin etdiyi sifariş BMT-nin yığıncaqlarına qatılacaq İran heyətinin və prezidentin otelə yerləşməsi ehtimalına görə ləğv edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar