SON XƏBƏRLƏR

Dmitriy Medvedev: İran Maqate ilə əməkdaşlıq etməlidir, bu onun seçimi yox vəzifəsidir

2021.10.20, 07:36
Dmitriy Medvedev: İran Maqate ilə əməkdaşlıq etməlidir, bu onun seçimi yox vəzifəsidir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, ABŞ-a səfəri öncəsi Rusiya prezidenti Dmitriy Medvedev CNN kanalının müxbiri Fərid Zəkəriyyəyə müsahibə verib. Jurnalistlə söhbət zamanı prezident NATO-nun genişləndirilməsi, İranın nüvə prqramı və Ukraynada faşizmin qəhrəmanlığa çevrilməsi məsələlərinə toxunub. İranın nüvə prqramından danışan Rusiya prezidenti beynəlxalq ictimaiyyətlə əməkdaşlığın vacibliyini vurğulayıb. “Mən əlbəttə ki, hesab edirəm ki, İranın, öz nüvə proqramı məslələrinə dair düzgün davranış nümayiş etdirmək üçün motivasiya sisteminə ehtiyacı var. Burada heç bir şübhə yoxdur. Nüvə prqramını, nüvə enerjisini inkişaf etdirmək üçün İran Maqate ilə əməkdaşlıq etməlidir. Bu onun seçimi yox vəzifəsidir”. Daha sonra Rusiya prezidentinə belə bir sual verilib ki, əgər İsrail İrana hücum etsə Rusiya belə bir münaqişədə İrana dəstək olar yoxsa yox? Medvedev isə cavabında bildirib ki, Rusiya belə bir vəziyyətdə heç kimə dəstək verə bilməz. “Bizim bu və ya digər müqavilələr imzaladığımız müttəfiqlərimiz var. Lakin əgər İran barəsində danışsaq bizim belə bir öhdəliyimiz yoxdur. Bu o demək deyil ki, biz bu cürə hadisələrə laqeyd yanaşacağıq. Mən əvvəllər bu barədə danışmışam. Gəlin fikirləşək.belə bir münaqişədən sonra nə baş verəcək? Humanitar böhran, çoxlu sayda qaçqın, İranın qisas almaq istəyi, özü də təkcə İsrailə yoxu, açıq deyək digər ölkələrə də və regionda hadisələrin sonrakı inkişafını əvvəlcə dən söyləmək qeyri -mümkün olacaq. Hesab edirəm ki, bu hadislərin miqyasını təsəvvür etmək qeyri-mümkündür”. Medvedevin sözlərinə görə hazırda Rusiya İrana beynəlaxlq hüquq normaları xaricində heç bir şey çatdırmır və Rusiyanın əsas məqsədi İranı gücləndirib İsraili zəiflətmək deyil, Yaxın Şərqdə normal sakit vəziyyət yaratmaqdır. Rusiya prezidenti müsahibəsi zamanı NATO-nun şərqə genişləndliriləmsindən narahat olduğunu da ifadə edib. “Yaddan çıxarmaq lazım deyil ki, NATO hərbi blokdur və onun raketləri Rusiyaya doğru istiqamətlənib. NATO-nun tərkibinə daxil olan ölkələrin sayının çoxalmasından və bu genişlənmənin bizim sərhədlərə qədər gəlib çıxmasından biz heç bir müsbət emosiyalar hiss etmirik. Bu bizim xoşumuza gəlmir və açıq-aşkar bunu deyirik. Avropanın təhlükəsizliyi ilə məşğul olmaq lazımdır. Gəlin müştərək təsisatları inkişaf etdirək. Hesab edirəm ki, məhz bu məsələlər barəsində fikirləşmək lazımdır.və bir çox Avropa ölkələri bu baxışı mənimlə bölüşürlər. Onlar da hesab edirlər ki, NATO-ya daxil olmağa hazır olmayan ölkələri bu quruma daxil etmək lazım deyil. NATO özü də fikirləşməlidir, bu qədər daxili problemləri olan ölkələri idarə edə biləcək ya yox? Əgər bu Rusiyanın acığına edilirsə, o halda başqa ölkələri də NATO-ya üzv etmək olar”. CNN kanalına müsahibəsində Medvedev tezliklə görüşəcəyi Barak Obama barədə də müsbət fikirdə olduğunu bildirib. Medvedevin sözlərinə o Obamanın bir çox problemləri həll etmək üçün göstərdiyi səyləri yüksək qiymətləndirir. Rusiya prezidentinin fikrincə Barak Obama digər müsbət cəhətləri onun arqumentləri dinləmək və öz mövqeyini qısa və dürüst ifadə etmək bacarığıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar